Rusiya üçün təhlükə artır? Hərbi ekspertdən AÇIQLAMA

10.07.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracaqlar. Eyni zamanda Ukraynaya daha əvvəllər də böyük həcmlərdə vəsaitlər ayrılıb. Amma bunlar, əfsuslar olsun ki, Ukraynanın qələbəsini təmin etməyib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev səsləndirdi.

Həmsöhbətimiz vurğuladı ki, indiki vəziyyətdə Ukrayna kütləvi dron zərbələri ilə qismən təşəbbüsü ələ keçirib:

"Lakin Ukraynanın əsas problemi hava hücumundan müdafiə ilə bağlıdır. Bu vəsaitlər Ukraynanın mütləq qələbəsini təmin etməsə də, Rusiyanın əməliyyatlar zonasındakı mövqelərinə kifayət qədər mənfi təsir göstərəcək, Ukraynanın əməliyyatlar zonasına nəzarətini, xüsusilə də Krım istiqamətindəki fəaliyyətlərini daha da gücləndirəcək. Hər bir halda, ayrılan bu vəsait Ukraynanın hərbi potensialının artmasına, Rusiyanın isə böyük itkilərə məruz qalmasına səbəb olacaq".                                                                              

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью