Rusiya üçün təhlükə artır? Hərbi ekspertdən AÇIQLAMA
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracaqlar. Eyni zamanda Ukraynaya daha əvvəllər də böyük həcmlərdə vəsaitlər ayrılıb. Amma bunlar, əfsuslar olsun ki, Ukraynanın qələbəsini təmin etməyib".
Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev səsləndirdi.
Həmsöhbətimiz vurğuladı ki, indiki vəziyyətdə Ukrayna kütləvi dron zərbələri ilə qismən təşəbbüsü ələ keçirib:
"Lakin Ukraynanın əsas problemi hava hücumundan müdafiə ilə bağlıdır. Bu vəsaitlər Ukraynanın mütləq qələbəsini təmin etməsə də, Rusiyanın əməliyyatlar zonasındakı mövqelərinə kifayət qədər mənfi təsir göstərəcək, Ukraynanın əməliyyatlar zonasına nəzarətini, xüsusilə də Krım istiqamətindəki fəaliyyətlərini daha da gücləndirəcək. Hər bir halda, ayrılan bu vəsait Ukraynanın hərbi potensialının artmasına, Rusiyanın isə böyük itkilərə məruz qalmasına səbəb olacaq".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















