Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Rusiya tərəfi ABŞ vasitəçiliyi ilə Ukrayna ilə sülh danışıqlarının bərpasına hazır olduğunu açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov yaxın gələcəkdə danışıqların yenidən başlamasına ümid etdiklərini və bunun üçün siyasi iradənin olduğunu bildirib. Bununla belə, tərəflər arasında, xüsusilə ərazi məsələsində ciddi fikir ayrılıqları qalır.
Bəs Kremlin bu açıqlaması real sülh danışıqlarının bərpası üçün nə dərəcədə ciddi siqnaldır? Tərəflərin mövqelərində dəyişiklik varmı?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Kremlin son açıqlamaları Moskvanın Ukrayna məsələsində diplomatik kanalların yenidən aktivləşməsində və ABŞ vasitəçiliyinin davam etdirilməsində maraqlı olduğunu göstərir.
Onun sözlərinə görə, bununla belə, tərəflər arasında, xüsusilə ərazi məsələsində ciddi fikir ayrılıqları qalır:
“Peskovun konkret sülh şərtlərini açıqlamaqdan yayınması Moskvanın danışıqlarda manevr imkanlarını qoruduğunu göstərir. Putin–Tramp təmasları diplomatik kanalın əhəmiyyətini saxladığını göstərsə də, Macarıstanın rusiyalı diplomatları ölkədən çıxarması Rusiya–Avropa münasibətlərində gərginliyin davam etdiyini nümayiş etdirir.
Ümumilikdə, diplomatik ritorikada müəyyən yumşalma olsa da, hələ real və davamlı sülh prosesindən danışmaq tezdir”, - deyə Şəbnəm Həsənova fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bəs Kremlin bu açıqlaması real sülh danışıqlarının bərpası üçün nə dərəcədə ciddi siqnaldır? Tərəflərin mövqelərində dəyişiklik varmı?