Rusiya Ukrayna danışıqları yenidən gündəmdə Açıqlama
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Rusiya tərəfi ABŞ vasitəçiliyi ilə Ukrayna ilə sülh danışıqlarının bərpasına hazır olduğunu açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov yaxın gələcəkdə danışıqların yenidən başlamasına ümid etdiklərini və bunun üçün siyasi iradənin olduğunu bildirib. Bununla belə, tərəflər arasında, xüsusilə ərazi məsələsində ciddi fikir ayrılıqları qalır.
Bəs Kremlin bu açıqlaması real sülh danışıqlarının bərpası üçün nə dərəcədə ciddi siqnaldır? Tərəflərin mövqelərində dəyişiklik varmı?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Kremlin son açıqlamaları Moskvanın Ukrayna məsələsində diplomatik kanalların yenidən aktivləşməsində və ABŞ vasitəçiliyinin davam etdirilməsində maraqlı olduğunu göstərir.

Onun sözlərinə görə, bununla belə, tərəflər arasında, xüsusilə ərazi məsələsində ciddi fikir ayrılıqları qalır:
“Peskovun konkret sülh şərtlərini açıqlamaqdan yayınması Moskvanın danışıqlarda manevr imkanlarını qoruduğunu göstərir. Putin–Tramp təmasları diplomatik kanalın əhəmiyyətini saxladığını göstərsə də, Macarıstanın rusiyalı diplomatları ölkədən çıxarması Rusiya–Avropa münasibətlərində gərginliyin davam etdiyini nümayiş etdirir.
Ümumilikdə, diplomatik ritorikada müəyyən yumşalma olsa da, hələ real və davamlı sülh prosesindən danışmaq tezdir”, - deyə Şəbnəm Həsənova fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Rusiya Ukrayna danışıqları ilə bağlı NATO dan açıqlama
15 May 2025 10:36
Rusiya Ukrayna danışıqları hansı ölkədə davam edəcək? Zelenskidən açıqlama
28 May 2025 12:19
Rusiya Ukrayna danışıqları yenidən İstanbulda keçiriləcək?
16 İyun 2025 14:42
ABŞ və Ukrayna danışıqları: ilk açıqlama YENİLƏNİB
23 Mart 2025 21:39
İstanbul diplomatiyası yenidən gündəmdə: Rusiya Ukrayna müharibəsi bitir?
22 İyul 2025 12:44
Baxış sayı:116
Bu xəbər 10 Sentyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları