Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Hazırkı durumda Ukrayna məğlub olmasa da, faktiki olaraq işğal altındadır və Rusiyanın işğal prosesi həmin ərazidə davam edir.
ABŞ başa düşür ki, Alyaska görüşündən sonra nəticə əldə etmək mümkün olmayıb və əslində Avropa dövlətləri də Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlı görünmürlər.
Geniş perspektivdən baxanda ABŞ özü də müharibənin dayandırılmasında maraqlı deyil, çünki müxtəlif regionlarda həyata keçirmək istədiyi strateji planlar, Rusiyanın Ukrayna müharibəsini dayandırması ilə dəyişə bilər”.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
“Putin işğal etdiyi ərazilərə girərkən deyir ki, məqsəd sülh, denazifikasiya və demilitarizasiya proseslərini həyata keçirməkdir.
Düzdür, hətta işğal prosesində belə görünüşdə sülh mesajı verilir. Lakin Amerika Birləşmiş Ştatları sülhə maraqlı görünmür.
ABŞ-ın Rusiyaya təsir etmək imkanları kifayət qədərdir, xüsusilə iqtisadi vasitələr sahəsində.