Icma.az
close
up
RU
“Rusiya Ukrayna müharibəsi uzadılır, ABŞ maraqlı deyil” POLİTOLOQ

“Rusiya Ukrayna müharibəsi uzadılır, ABŞ maraqlı deyil” POLİTOLOQ

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hazırkı durumda Ukrayna məğlub olmasa da, faktiki olaraq işğal altındadır və Rusiyanın işğal prosesi həmin ərazidə davam edir. ABŞ başa düşür ki, Alyaska görüşündən sonra nəticə əldə etmək mümkün olmayıb və əslində Avropa dövlətləri də Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlı görünmürlər. Geniş perspektivdən baxanda ABŞ özü də müharibənin dayandırılmasında maraqlı deyil, çünki müxtəlif regionlarda həyata keçirmək istədiyi strateji planlar, Rusiyanın Ukrayna müharibəsini dayandırması ilə dəyişə bilər”.

Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

“Putin işğal etdiyi ərazilərə girərkən deyir ki, məqsəd sülh, denazifikasiya və demilitarizasiya proseslərini həyata keçirməkdir. Düzdür, hətta işğal prosesində belə görünüşdə sülh mesajı verilir. Lakin Amerika Birləşmiş Ştatları sülhə maraqlı görünmür. ABŞ-ın Rusiyaya təsir etmək imkanları kifayət qədərdir, xüsusilə iqtisadi vasitələr sahəsində.

Bu gün Amerika Birləşmiş Ştatları və Rusiya arasında neft alış-verişi davam edir. Bu artıq gizli deyil, açıq məlumatdır. Burada təhsil mexanizmləri barədə danışmaq doğru olmaz. Dünya Bankının statistik məlumatlarına görə, 2022–2024-cü illərdə Rusiya ilə ABŞ arasında bütün sahələrdə ticarət dövriyyəsi artıb. Hətta İranla da bu günə qədər ticarət dövriyyəsi mövcuddur və təxminən yarım milyard dollara çatır ki, bunda təəcüblənməyə ehtiyac yoxdur.
Hesab edirəm ki, bu hələlik imitasiya xarakteri daşıyır.

Digər tərəfdən, Avropa dövlətlərinin özü Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını istəyib-istəmədiyini də araşdırmaq lazımdır. Mənim fikrimcə, onlar da istəmirlər.
Rusiya-Ukrayna müharibəsinin dayandırılması Ukraynanı sülhə məcbur etmək deməkdir. Bu isə faktiki olaraq itirilmiş ərazilərin Rusiyanın əlində qalması ilə nəticələnir və beləliklə, Rusiyanın beynəlxalq imici əhəmiyyətli dərəcədə yüksəlir. Avropa dövlətləri düşünür ki, əgər Rusiya-Ukrayna müharibəsi dayandırılsa və Ukraynaya dəstək azaldılsa, Rusiyanın beynəlxalq nüfuzu artacaq”.

Politoloq qeyd edib ki, Rusiyanın növbəti hədəfləri Polşa, Moldova, Baltikyanı ölkələr və hətta Finlandiya da ola bilər:

“Avropa mətbuatı gündəlik olaraq bu mövzuda yazır. Böyük Britaniya və Almaniya isə belə bir halda NATO və Avropa İttifaqının dağılmasından narahatdır. Onların qorxusu Ukraynanın deyil, Avropa İttifaqı və NATO-nun dağılmasıdır.
Bu vəziyyətdə isə sual yaranır: niyə Amerika Birləşmiş Ştatları müharibəyə daha aktiv müdaxilə etmir?
Niyə ABŞ müharibəyə daha aktiv müdaxilə etmir?

Əslində edə bilər, həm iqtisadi, həm də hərbi baxımdan. Lakin ABŞ və Avropa Rusiya ilə birbaşa qarşı-qarşıya gəlmək istəmir. Verilən açıqlamalar və atılan addımlar bunu açıq göstərir.
Avropa isə hesab edir ki, əgər Rusiya-Ukrayna müharibəsi dayandırılsa, Rusiya nüfuzunu bərpa edə və Avropaya ciddi təhdid yarada bilər. Digər tərəfdən, müharibədən sonra Rusiya əvvəlcə dediyim Polşa, Moldova, Baltikyanı ölkələr və hətta Finlandiya kimi dövlətlərə hücum planları qura bilər ki, bu da Avropanın təhlükəsizlik arxitekturasına ciddi zərbə vurar.

Təsəvvür edək ki, Ukraynanın müəyyən əraziləri Rusiyanın əlində qalır və Putinin hakimiyyəti möhkəmlənir. Bu halda Rusiya daha da güclənir, beynəlxalq nüfuzu artır və Avropa üzərində, xüsusilə enerji məsələlərində, istədiyi formada dominantlıq etməyə başlayır.

Rusiya NATO ilə birbaşa qarşı-qarşıya gəlmək istəmir. NATO daxilində də çatlar mövcuddur. Məsələn, Slovakiya, Macarıstan, Türkiyə kimi bəzi ölkələr bildirir ki, Rusiya ilə qarşı-qarşı gəlsələr, onlar döyüşə qoşulmayacaqlar. Bu isə NATO içində parçalanma əlamətidir.

Ona görə də NATO və Rusiyanın hər ikisi bu müharibəni genişləndirmək istəmir — bu, aydın məsələdir. Nəticədə, Ukrayna hazırda zaman qazanmaq üçün bir vasitə hesab olunur. Bir tərəfdən Ukrayna hazırlanır: silah-sursat, hərbi texnika və yeni döyüş texnologiyaları verilir”.

Samir Hümbətov qeyd edib ki, əgər Ukraynanın tamamilə itirilməsi reallaşsaydı, ABŞ daha açıq müdaxilə edə bilərdi və ağır hərbi yardım verməkdən çəkinməzdi.

“Lakin hələlik vəziyyət belə deyil. ABŞ-ın hərbi, siyasi və iqtisadi ekspertləri bu məqamı hesablayır və analiz edirlər.
Məruzələr göstərir ki, Rusiya dörd ilə yaxın müddətdə Ukrayna ərazisinin təxminən 20%-ni zəbt edə bilib — və həmin ərazilərdə nəzarət zaman-zaman dəyişir. Bu, sahəni şahmat taxtasına çevirib: mövqe əldə etmək çətindir və Kiyevə irəliləmək asan məsələ deyil”-deyə politoloq əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri