Rusiya: Ukrayna ordusu Kursk vilayətində hər gün 250dən çox əsgər itirir | Icma.az
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq. "Ukrayna ordusunun itkiləri çoxdur".
Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində sutka ərzində 250-dən çox hərbçisini itirib, 1-i təslim olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.“Ukrayna Silahlı Qüvvələrinin itkiləri gün ərzində 250-dən çox hərbi qulluqçu, bir zirehli döyüş maşını, altı maşın və beş minaatan məhv edilib”-deyə, Rusiya Müdafiə Nazirliyindən bildiriblər.Departamentdən bildirilib ki, Kursk vilayətinin işğalı başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 44 820-dən çox hərbi qulluqçu, 259 tank və 332 artilleriya qurğusu itirib.Həmçinin 200 piyada döyüş maşını, 141 zirehli transportyor, 1346 zirehli döyüş maşını və 1217 texnika məhv edilib.
Aytən Yaşar/ Turkustan.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu