Rusiya: Ukrayna ordusu Kursk vilayətində hər gün 250dən çox əsgər itirir
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
"Ukrayna ordusunun itkiləri çoxdur".
Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində sutka ərzində 250-dən çox hərbçisini itirib, 1-i təslim olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin itkiləri gün ərzində 250-dən çox hərbi qulluqçu, bir zirehli döyüş maşını, altı maşın və beş minaatan məhv edilib”-deyə, Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Departamentdən bildirilib ki, Kursk vilayətinin işğalı başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 44 820-dən çox hərbi qulluqçu, 259 tank və 332 artilleriya qurğusu itirib.
Həmçinin 200 piyada döyüş maşını, 141 zirehli transportyor, 1346 zirehli döyüş maşını və 1217 texnika məhv edilib.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:145
Bu xəbər 28 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















