“Rusiya Ukraynada nizamlanmaya dair memorandum hazırlamağa davam edir”

27.05.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rusiya Ukrayna nizamlanması üzrə memorandum üzərində işləməyə davam edir və hazır olan kimi onu Kiyevə təhvil verəcək”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

“Rusiya gələcək sülh müqaviləsi ilə bağlı memorandum layihəsini hazırlamağa davam edir, burada nizamlanma prinsipləri, mümkün sülh sazişinin vaxtı, müvafiq razılaşmaların əldə olunacağı təqdirdə müəyyən müddətə potensial atəşkəs kimi bir sıra mövqeləri müəyyən edir”, - deyə siyasətçi vurğulayıb.

Zaxarovanın sözlərinə görə, Moskva Kiyevin də analoji iş aparacağını və Rusiya sənədinin alınması ilə eyni vaxtda öz nəticələrini göndərəcəyini gözləyir.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью