“Rusiya Ukraynada nizamlanmaya dair memorandum hazırlamağa davam edir”
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Rusiya Ukrayna nizamlanması üzrə memorandum üzərində işləməyə davam edir və hazır olan kimi onu Kiyevə təhvil verəcək”.
Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
“Rusiya gələcək sülh müqaviləsi ilə bağlı memorandum layihəsini hazırlamağa davam edir, burada nizamlanma prinsipləri, mümkün sülh sazişinin vaxtı, müvafiq razılaşmaların əldə olunacağı təqdirdə müəyyən müddətə potensial atəşkəs kimi bir sıra mövqeləri müəyyən edir”, - deyə siyasətçi vurğulayıb.
Zaxarovanın sözlərinə görə, Moskva Kiyevin də analoji iş aparacağını və Rusiya sənədinin alınması ilə eyni vaxtda öz nəticələrini göndərəcəyini gözləyir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 May 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















