Rusiya Ukraynadan danışıqlar üçün tarix gözləyir

14.07.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Rusiya hələ də Ukrayna ilə danışıqların növbəti raundunun vaxtı ilə bağlı təklif gözləyir.


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.

"Kiyevin tələsmədiyi açıq-aydın görünür. Biz hələ də danışıqların üçüncü raundunun vaxtı ilə bağlı təklifi gözləyirik".

ABŞ prezidenti Donald Trampın Ukraynaya “Patriot” sistemləri göndərmək niyyəti ilə bağlı bəyanatını şərh edən mətbuat katibi bəyan edib ki, Amerika silah və hərbi texnikasının Ukraynaya tədarükü davam edir:

"İndi belə görünür ki, Avropa bu tədarükün pulunu ödəyəcək. Bəzi şeylərin pulunu ödəyəcəklər, bəzilərinin haqqını da verməyəcəklər. Amma fakt odur ki, ABŞ-dən silah, sursat, hərbi texnikanın tədarükü davam edir", - Peskov bildirib. 

Nurlana Əhmədova
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью