Rusiya Ukraynadan danışıqlar üçün tarix gözləyir
Icma.az bildirir, Missiya.az portalına istinadən.
Rusiya hələ də Ukrayna ilə danışıqların növbəti raundunun vaxtı ilə bağlı təklif gözləyir.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.
"Kiyevin tələsmədiyi açıq-aydın görünür. Biz hələ də danışıqların üçüncü raundunun vaxtı ilə bağlı təklifi gözləyirik".
ABŞ prezidenti Donald Trampın Ukraynaya “Patriot” sistemləri göndərmək niyyəti ilə bağlı bəyanatını şərh edən mətbuat katibi bəyan edib ki, Amerika silah və hərbi texnikasının Ukraynaya tədarükü davam edir:
"İndi belə görünür ki, Avropa bu tədarükün pulunu ödəyəcək. Bəzi şeylərin pulunu ödəyəcəklər, bəzilərinin haqqını da verməyəcəklər. Amma fakt odur ki, ABŞ-dən silah, sursat, hərbi texnikanın tədarükü davam edir", - Peskov bildirib.
Nurlana Əhmədova
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 14 İyul 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















