Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi ilə bağlı 1,003 milyard rubl məbləğində sığorta vəsaiti ödənilib.
Qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə isə bu günədək ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi həyata keçirildiyi vurğulanıb.
Azərbaycan tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Lakin bəzi Rusiya mediası bu ödənişləri “kompensasiya” kimi təqdim etməyə çalışır.
Halbuki, sığorta ödənişi avtomatik və hüquqi prosedurdur, yəni təyyarənin sığortaçısı hadisədən sonra məbləği ödəməyə borcludur.
Kompensasiya isə tamamilə başqa anlayışdır və siyasi-hüquqi məsuliyyətin etirafını tələb edir.
Azərbaycanın mövqeyi də məhz budur: təyyarənin vurulması faktının tanınması, rəsmi üzrxahlıq və real təzminatın ödənilməsi.