Icma.az
close
up
RU
Rusiya üzr istəyəcək və kompensasiya ödəyəcək DEPUTAT

Rusiya üzr istəyəcək və kompensasiya ödəyəcək DEPUTAT

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi ilə bağlı 1,003 milyard rubl məbləğində sığorta vəsaiti ödənilib. Qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə isə bu günədək ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi həyata keçirildiyi vurğulanıb. Azərbaycan tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Lakin bəzi Rusiya mediası bu ödənişləri “kompensasiya” kimi təqdim etməyə çalışır. Halbuki, sığorta ödənişi avtomatik və hüquqi prosedurdur, yəni təyyarənin sığortaçısı hadisədən sonra məbləği ödəməyə borcludur. Kompensasiya isə tamamilə başqa anlayışdır və siyasi-hüquqi məsuliyyətin etirafını tələb edir. Azərbaycanın mövqeyi də məhz budur: təyyarənin vurulması faktının tanınması, rəsmi üzrxahlıq və real təzminatın ödənilməsi.

Məsələ ilə əlaqdar Modern.az-a danışan Milli Məclisin hüquqşünas deputatı Razi Nurullayev də bildirib ki, sığorta ilə kompensasiya ayrı-ayrı anlayışlardır:

"İlk növbədə onu qeyd etmək lazımdır ki, bu məsələlərlə bağlı mülki aviasiya sahəsində beynəlxalq sənədlər var. Rusiya da Azərbaycan da onun üzvüdür. Dünyada qəbul olunmuş beynəlxalq standartlar mövcuddur. Hər bir aviaşirkət beynəlxalq qaydalara görə zərərçəkənlərə sığorta ödəyir. Amma sığorta və kompensasiya ayrı-ayrı məfhumlardır. Birinci növbədə Azərbaycanın tələbi vurulmuş təyyarəyə görədir. Azərbaycan böyük bir təyyarəsini itirib, onun qiyməti 10 milyon dollarlarla ölçülür. Bu təyyarəyə görə kompensasiya ödənilməlidir. Və əlavə olaraq, birinci növbədə Rusiya tərəfi beynəlxalq qaydalara görə üzr istəməlidir. Rusiya və Azərbaycan liderləri arasında bununla bağlı müəyyən söhbət olub və təəssüf hissi bildirilib. Amma rəsmi olaraq, üzrxahlıq edilməyib. Biz rəsmi olaraq üzrxahlığın edilməsini istəyirdik. Bu da beynəlxalq qaydalara uyğun həyata keçirilir. 2020-ci ildə Naxçıvan səmasında Rusiya vertolyotu vurulan zamanı xatırlamaq lazımdır.  O zaman Azərbaycan Prezidenti Rusiya Prezidentinə zəng edib, Ermənistanın vertolyotu olaraq, vurduğumuzu qeyd edib, üzrxahlıq etdi. Kompensasiya və ailələrə sığortalar ödənildi. Azərbaycan tam olaraq, üzərinə düşənləri yerinə yetirmişdi. Bu baxımdan düşünürəm ki, Rusiya  tərəfi yaxşı olardı ki, ölkələrimiz arasında münasibətlərin düzəlməsi, beynəlxalq qaydalara əməl edilməsi üçün təyyarəyə görə, kompensasiya ödəməli, rəsmi üzrxahlıq edilməlidir. Rəsmi üzrxahlıq heç bir ölkənin nüfuzunu aşağı salmır. Bu sadəcə olaraq, təəssüf hissinin keçirildiyini göstərir və əslində böyüklük və müdriklikdir. Təəssüf edirəm ki, Rusiya bunu hələ belə formada dəyərləndirə bilməyib".

Parlamentari Rusiyanın istintaqının davam etdiyini, lakin onun da nəticədə bizimlə eyni qənaətə gələcəyini düşünür:

"Qoy, onlar istintaqı başa çatdırıb, hadisənin Rusiyanın səhvi ucbatından, yoxsa başqa səbəbdən baş verdiyini müəyyən etsinlər. Hərçənd ki, biz bunu müəyyənləşdirmişik və bilirik  Rusiya tərəfi öz araşdırmalarını aparır. İnanmaq istərdim ki, həmin o araşdırmanın sonunda Rusiya artıq gözləntiləri həyata keçirəcək. Yəni onlar da istintaqın yekununda görəcəklər ki, “kovyor” elan olunmadan təyyarə vurulub, Rusiyanın günahı ucbatından hadisə baş verib. Buna görə təqsirkarlar da cəzalandırılacaq. Azərbaycandan üzr istəniləcək və kompensasiya da ödəniləcək. Düşünürəm ki, bununla da iki ölkə arasındakı gərginlik nəhayət, sona yetəcək. Hər iki ölkənin münasibətlərinin yaxşı olmasında maraqlıyıq. Mən, doğrudan, müəyyən narahatlıqlar da keçirirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri