Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əfşar Süleymani: “Xarici siyasətdə çox vaxt deyilənlərlə əməllər üst-üstə düşmür” Aprelin 12-də Oman vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar baş tutub.
Görüşdə İranı xarici işlər nazirinin müavini Abbas Araqçi, ABŞ-ı isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib.
İran XİN-in məlumatına görə, görüş konstruktiv və sakit atmosferdə keçib.
Uitkoff və Araqçi danışıqlardan sonra Oman XİN rəhbərinin iştirakı ilə qısa şəxsi söhbət də aparıblar.
Danışıqların ikinci raundunun aprelin 19-da keçirilməsi planlaşdırılır.
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai deyib ki, məsləhətləşmələrdən sonra qərara alınıb ki, şənbə günü baş tutacaq danışıqların ikinci raundu üçün Masqat ev sahibi olaraq qalsın.
Jurnalistlərə açıqlamasında Vaşinqtonla Tehran arasında danışıqlar uğurla getdiyini deyən ABŞ Prezidenti Donald Tramp amma bu, məqsədə çatana qədər heç nə demək deyil bildirib.