Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Rusiya və Çin ABŞ ın başının müharibəyə qarışmasını istəyir

Rusiya və Çin ABŞ ın başının müharibəyə qarışmasını istəyir

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əfşar Süleymani: “Xarici siyasətdə çox vaxt deyilənlərlə əməllər üst-üstə düşmür”

Aprelin 12-də Oman vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar baş tutub. Görüşdə İranı xarici işlər nazirinin müavini Abbas Araqçi, ABŞ-ı isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. İran XİN-in məlumatına görə, görüş konstruktiv və sakit atmosferdə keçib. Uitkoff və Araqçi danışıqlardan sonra Oman XİN rəhbərinin iştirakı ilə qısa şəxsi söhbət də aparıblar. Danışıqların ikinci raundunun aprelin 19-da keçirilməsi planlaşdırılır.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai deyib ki, məsləhətləşmələrdən sonra qərara alınıb ki, şənbə günü baş tutacaq danışıqların ikinci raundu üçün Masqat ev sahibi olaraq qalsın.

Jurnalistlərə açıqlamasında Vaşinqtonla Tehran arasında danışıqlar uğurla getdiyini deyən ABŞ Prezidenti Donald Tramp amma bu, məqsədə çatana qədər heç nə demək deyil bildirib. ABŞ prezidenti İranla bağlı vəziyyətin kifayət qədər yaxşı inkişaf etdiyini qeyd edib.

Lakin o, bununla yanaşı bəyan edib ki, Vaşinqton İranla bağlı sərt addımlar atmağa, o cümlədən Tehranın nüvə obyektlərini məhv etməyə hazırdır.

Tramp bu barədə Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə görüş zamanı danışıb.

“Hər şey çox sadədir. Onların (İranın – red.) nüvə silahı ola bilməz və onlar ABŞ ilə danışıqlara başlamaqda tələsməlidirlər. Çünki artıq həmin silahı əldə etməyə çox yaxındırlar. Amma onların bu silahı olmayacaq. Əgər çox sərt tədbirlər görməli olsaq, bunu edəcəyik”, – deyə Tramp bildirib.

Jurnalistlərdən biri Trampdan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmadığını soruşub. “Əlbəttə”, – deyə ABŞ Prezidenti cavab verib.

Tramp deyib ki, İranı xoşbəxt və firavan, lakin nüvə silahı olmayan ölkə kimi görmək istəyirəm: “Mən İranın çiçəklənməsini istəyirəm, lakin onun nüvə silahı olmamalıdır”.

Pentaqonun rəhbəri Pit Heqset "Foks Nyus"a müsahibəsində deyib ki, Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi vasitələrdən istifadə edə biləcəyini söyləyərkən tam ciddidir.

"Tramp İranın nüvə silahına malik olmasının qarşısını almaq fikrində ciddidir”, - deyə o bildirib.

İran rəhbəri Əli Xamenei isə bazar günü hərbi komandirlərlə görüşdə silahlı qüvvələrin hazırlığını yüksəltməyə çağırıb.

İran mediasının məlumatına görə, Omanda İran və ABŞ nümayəndələri arasında danışıqlardan bir gün sonra Əli Xamenei yüksək səviyyəli hərbi komandirlərlə görüşərək, maksimum hazırlığın saxlanması və syrsat imkanlarının artırılmasının vacibliyini vurğulayıb.Müxtəlif mövzulardan danışan Xamenei Omanda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlara toxunmayıb.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla İranın xarici işlər naziri Abbas Arakçı arasında Omanda birbaşa danışıqlar qarşılıqlı faydalı nəticəyə doğru bir addım idi.

Ağ Evin bəyanatında bildirilib ki, xüsusi elçi Uitkoff Arakçıya bildirib ki, Prezident Trampdan iki ölkə arasındakı fikir ayrılıqlarını, mümkünsə, dialoq və diplomatiya yolu ilə həll etmək üçün göstərişləri var. Bu məsələlər çox mürəkkəbdir və xüsusi elçi Uitkoffun bu gün birbaşa əlaqəsi qarşılıqlı faydalı nəticənin əldə olunmasında irəliyə doğru atılmış addımdır", - bəyanatda vurğulanıb.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff aprelin 14-də deyib ki, İranla əldə ediləcək istənilən diplomatik razılaşma bu ölkənin uranın zənginləşdirilməsi və silah proqramlarının yoxlanılması ilə bağlı detallara əsaslanacaq.

Uitkoff "Fox News"a müsahibəsində bildirib: "Bu razılaşma, əsasən, uranın zənginləşdirilməsi proqramının, daha sonra isə silahlanma fəaliyyətinin yoxlanmasına yönələcək. Bu, raketləri, onların ehtiyatda saxladığı raketlərin növlərini və həmçinin bombanın işə düşmə mexanizmini də əhatə edir".

Tehran və Vaşinqton keçən həftəsonu Omanda İranın nüvə proqramı ilə bağlı danışıqlar aparıblar. Hər iki tərəf danışıqların "müsbət" və "konstruktiv" olduğunu bəyan edib.

O həmçinin özünün X səhifəsində məlumat verib ki, ABŞ və İran arasında istənilən razılaşma İranın uranın zənginləşdirilməsi proqramını və kütləvi qırğın silahlarının inkişafını məhdudlaşdıran müddəaları ehtiva etməlidir.

Onun sözlərinə görə, Tehranla saziş o zaman bağlanacaq ki, razılaşmalar ABŞ prezidenti Donald Trampın himayəsi altında olacaq.

Uitkoff vurğulayıb ki, yekun razılaşma Yaxın Şərqdə sülh və sabitlik üçün çərçivə yaratmalıdır ki, bu da İranın nüvə zənginləşdirmə proqramının ləğvi deməkdir.

İranın xarici işlər naziri Abbas Arakçı aprelin 12-də Omanda ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla dolayı danışıqlar zamanı deyib ki, Tehran nüvə proqramını məhdudlaşdırmağa razı olmayacaq, lakin MAQATE-yə nüvə obyektlərinə çıxışı təmin etməyə hazırdır.

Arakçı vurğulayıb ki, İran heç bir halda nüvə proqramının tam məhdudlaşdırılmasına razı olmayacaq: “Lakin MAQATE Tehranın nüvə obyektlərinə giriş icazəsi veriləcək yeganə təşkilat olacaq”.

Nəşrin məlumatına görə, danışıqlar zamanı tərəflər arasında 10-a yaxın yazılı informasiya mübadiləsi aparılıb: “İran nümayəndə heyətinin mesajlarında danışıqların davam etdirilməsi üçün ümumi çərçivə razılaşmasının əldə olunmasının zəruriliyi və Vaşinqtonun Tehranın təklifini qəbul etməməsi halında İranın növbəti görüşdə ABŞ-ın alternativ baxışını gözləyəcəyinə işarə edilib”.

Mövzu ilə bağlı İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani "Xalq Cəbhəsi"nə deyib ki, Omanda keçirilən ABŞ-İran danışıqları bir çox məsələyə cavabdır. Danışığın birbaşa və yaxud vasitəçi ilə baş tutması onu deməyə əsas verir ki, hələlik müharibədən söhbət gedə bilməz. Onsuz da ABŞ prezidenti Donald Tramp İranın bombalanacağı sözünü işlətməyib. Danışıqların baş tutmayacağı, istədiyini ala bilməyəcəyi təqdirdə İranı hədələyib, amma bombardman edəcəyini deməyib. KİV bunu o formada ictimaiyyətə çatdırıb. İlkin mərhələdə Tramp danışıqların aparılmasına üstünlük verib. Bu məsələ ilə bağlı Ağ Evdə ixtilaflar, fikir ayrılıqları mövcuddur. Konqresmtnlər, respublikaçılar arasında ABŞ-ın İrana hücumunu istəyənlər də var. Amma Trampın mövqeyindən müharibə qoxusu gəlmir. Düzdür, amma Vaşinqton Dieqo Qarsiya hərbi bazada uzaqmənzilli bombardmançı təyyarələrini yerləşdirib. ABŞ-ın Strateji Komandanlığının sözçüsü bu həftənin əvvəlində B-2 Spirit bombardmançılarının Çaqos adalarındakı Dieqo Qarsiya Dəniz Dəstək Mərkəzinə göndərildiyini təsdiqləyib. Bir neçə gün öncə Milli Təhlükəsizlik Şurasında bir sənəd ortaya çıxıb, orada göstərilir ki, biz artıq buradayıq, müharibə ola bilər: “Amma ABŞ müharibə tərəfdarı deyil. Mən Azərbaycanda hələ səfir olan vaxtlardan ABŞ-ın İrana hücum edəcəyi ilə bağlı məlumatlar eşidirdim. Elə o vaxtları demişdim ki, müharibə olmayacaq, olmadı da. Bu gün tərəflər arasında bu məsələ ilə bağlı ciddi damışıqlar aparılır, İran da məsələnin qəlizləşməsini, gərginləşməsini istəmir. İran birbaşa damışıqların tərəfdarıdlr. Mən də elə düşünürəm ki, birbaşa danışıqlar daha effekt verə bilər. Düzdür, İran Omana inanır və etibar efir. Fars körfəzində İranın digər ölkələrə nisbətən Omamla daha sıx əməkdaşlığı var. İnanıram ki, bu damışıqların davam edəcək. Düzdür, bu məsələdə başqa ölkələrin də maraqları var. Müharibənin istəyən, istəməyən ölkələr də var. Ərəb ölkələri müharibənin olmasını istəmir, Fars körfəzindəki ərəb ölkələr ABŞ-a mesaj veriblər ki, imkan vermərik buradakı bazarlardan İrana qarşı istifadə edilsin. Bəzi hallarda Avropa, Çin, Rusiya da müharibənin olmasımı istəmir. İndi Tramp ticari sanksiyalarla dünyanı qarışdırıb. Ona, buna daş atır, necə deyərlər bir ağacda oturub, bütün budaqları silkələyir. İndi Putinlə arası, münasibətləri normaldır deyə, qonşu ölkələrə belə tarif savaşı açıb. Bunun axırı necə olacaq, bəlli deyil. Ağ Evin özündə də Trampın bu siyasətinə etiraz edənlər var. Hər halda durum xaotik, qarışıqdır”.

Sabiq diplomat onu da qeyd edib ki, amma diplomatiyaya önəm veriləndə hər halda bir anlaşma olur. Amma xarici siyasətdə çox vaxt deyilənlərlə əməllər üst-üstə düşmür. Bir tərəfdən Rusiya və Çin ABŞ-ın başının müharibəyə qarışmasını istəyir. Çünki beynəlxalq sistemdəki münasibətlər, məsələlər regionda başqa ölkələrin siyasətinə də təsir göstərdiyindən hər biri öz maraqlarını güdməyə məcbur olur: “İndi ABŞ dünyaya hökmranlıq etmək niyyətini açıq formada ortaya qoysa da, burada Çin, Rusiya mövqeyi də var. Danışıqlar bir gün içində bitmir, hər danışıqlarda sualar ortaya çıxır, mövqelər toqquşur. Bu məsələ bir, iki dəfə keçirilən danışıqlarda həll oluna bilməz. Tramp iddia edir ki, İran nüvə silahına sahib olmamalıdır, İran isə deyir ki, axı mən bu fikirdə deyiləm. İran özünün müdafiəsini gücləndirir ki, buna da haqqı çatır. Artıq Orta Şərq məsələsi də çözülüb, Əsəd rejimi devrilib, İran orada yoxdur. İranın nüvə məsələsi ilə bağlı ABŞ bəyan edib ki, daha doğrusu, hədə,-qorxu gəlib ki, İran peşiman olucaq, mən etməsəm də bunu kimsə edəcək. Təbii ki, bu məsələdə İsrail nəzərdə tutulur. Amma İsrail birbaşa İranla üz-üzə gəlməyə cürət edə bilməz. ABŞ-dan güc alacaq. Hər halda danışıqların nrcə sona yetəcəyini gözləmək lazımdır”.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri