Rusiya və İranın yaxınlaşması Qərbə qarşı dayanış cəhdidir ŞƏRH | Icma.az
Icma.az, Sherg.az portalına istinadən məlumat verir. Tural İrfan: “Azərbaycanın balanslı siyasəti Tehran-Moskva ittifaqının təsirini neytral
Moskva iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu açıq şəkildə bildi
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun son açıqlamaları da bunu təsdiqləyir.
O, Qərbin İrana qarşı təzyiqlərini əsassız adlandıraraq, Moskvanın Tehranla bütün istiqamətlərdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib: “Rusiya İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır.
Qərbin suveren İrana həddindən artıq təzyiq göstərmək üçün heç bir əsası yoxdur.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı vəziyyəti çox mürəkkəbdir və Avropa İttifaqının qeyri-konstruktiv mövqeyi onu daha da gərginləşdirir”.
Rusiya İran münasibətlərini şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Tural İrfan Sherg.az-a açıqlamasında İranın Rusiya ilə əlaqələri inkişaf etdirməsi və yaxınlaşmasının bir neçə səbəbi olduğunu bildirib.
Ekspert hesab edir ki, bu ölkələr Zəngəzur dəhlizinin və onun açılması nəticəsində yaranacaq reallığa altenrativ güc formalaşdırmaq istəyirlər: “Əsasən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Azərbaycan və Ermənistan arasında yaranmış sülh mühitinin yaratdığı imkanlardan istifadə və birliyin güclənməsi müqabilində öz maraqlarını önə çıxarmaq məqsədi daşıyır.
Tam oxu
Xəbəri oxu