Icma.az
close
up
RU
Rusiya və İranın yaxınlaşması Qərbə qarşı dayanış cəhdidir ŞƏRH

Rusiya və İranın yaxınlaşması Qərbə qarşı dayanış cəhdidir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Tural İrfan: “Azərbaycanın balanslı siyasəti Tehran-Moskva ittifaqının təsirini neytrallaşdırır”


Rusiya və İran arasında münasibətlər son dövrlər daha da yaxın xarakter almaqdadır. Moskva iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu açıq şəkildə bildirib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun son açıqlamaları da bunu təsdiqləyir. O, Qərbin İrana qarşı təzyiqlərini əsassız adlandıraraq, Moskvanın Tehranla bütün istiqamətlərdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib: “Rusiya İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır. Qərbin suveren İrana həddindən artıq təzyiq göstərmək üçün heç bir əsası yoxdur. İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı vəziyyəti çox mürəkkəbdir və Avropa İttifaqının qeyri-konstruktiv mövqeyi onu daha da gərginləşdirir”. 


Rusiya İran münasibətlərini şərh edən  Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert  Tural İrfan Sherg.az-a açıqlamasında  İranın Rusiya ilə əlaqələri inkişaf etdirməsi və yaxınlaşmasının bir neçə səbəbi olduğunu bildirib. Ekspert hesab edir ki, bu ölkələr Zəngəzur dəhlizinin və onun açılması nəticəsində yaranacaq reallığa altenrativ güc formalaşdırmaq istəyirlər: 

“Əsasən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Azərbaycan və Ermənistan arasında yaranmış sülh mühitinin yaratdığı imkanlardan istifadə və birliyin güclənməsi müqabilində öz maraqlarını önə çıxarmaq məqsədi daşıyır. Digər tərəfdən də Qərbin sanksiyalarına qarşı müştərək formatda dayanış sərgiləmək istəyirlər. Rusiya eyni zamanda Ukrayna məsələsində tərəfdaşlarını, müttəfiqlərini daha da yaxına çəkir ki, problemin yekun həllində güc balansını qoruya bilsin. Qərbin sanksiyaları qarşısında İran və Rusiya  birlikdə addımlar atmaqda maraqlıdırlar. Regionda isə təbii ki, Rusiya əvvəlki hegemonluğunu bərpa etmək üçün İrandan istifadə etməyi düşünür”.


T. İrfanın sözlərinə görə, müştərək siyasətin kökündə duran Azərbaycan, Ermənistan və Gürcüstana təsir etmək, bu dövlətlərin bölgəyə cəlb etdiyi Qərb maraqlarına, xüsusən ABŞ-nin roluna zərbə vurmaqdır: 

“Lakin Rusiya Ukrayna müharibəsində artıq dalana doğru gedir və Qərbin ciddi sanksiyaları ilə üz - üzədir. Məhz bu ehtimala nəzərən İranla daha da yaxınlaşmağı nəzərdə tutub. Ancaq artıq bölgədəki reallıq, Azərbaycanın balanslı siyasəti sözü gedən birliyin yarada biləcəyi narahatlığı istisna edir. Odur ki, Tehran - Moskva yaxınlaşması əsasən Qərbin təziqlərindən və sanksiyalarından müdafiə rolunda ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri