Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin seçilmiş yeni Prezidenti Donald Tramp seçkidən sonra demək olar, ilk dəfə Ukrayna müharibəsilə bağlı məqsədini açıqlayıb.
Daha doğrusu, əvvəllər dediklərini bir qədər fərqli şəkildə yenidən təkrarlayıb.
Turkustan.az xarici KİV-ə istinadla xəbər verir ki, Trampın dediyinə görə, onun administrasiyası bütün diqqətini Rusiyanın Ukraynaya qarşı müharibəsinə yönəldəcək: "Biz Rusiya və Ukrayna ilə çox israrla işləyəcəyik.
Bu (müharibə - red.) dayandırılmalıdır. Rusiya və Ukrayna dayanmalıdır. Biz bunun üzərində işləyəcəyik”.
“CNN” qeyd edir ki, Floridada keçirilən tədbir zamanı Tramp müharibə nəticəsində ölənlərə görə əsgər və ya dinc əhali olmasından asılı olmayaraq təəssüfləndiyini bildirib.
Bundan öncə “Washington Post” öz mənbələrinə istinadla yazıb ki, Tramp guya Ukraynanı Rusiya Federasiyasına güzəştə getməyə və Ukrayna ərazilərini, xüsusən Krımı və Donbası onun nəzarəti altına verməyə çalışır.
Trampın seçki kampaniyasının müşaviri Ceyson Miller bu məlumatları saxta adlandırıb.