Icma.az
close
up
RU
“RUSİYA VƏ UKRAYNA DAYANMALIDIR” Tramp yenə vəd verir, Rusiyanın hücumları daha da şiddətlənir

“RUSİYA VƏ UKRAYNA DAYANMALIDIR” Tramp yenə vəd verir, Rusiyanın hücumları daha da şiddətlənir

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin seçilmiş yeni Prezidenti Donald Tramp seçkidən sonra demək olar, ilk dəfə Ukrayna müharibəsilə bağlı məqsədini açıqlayıb. Daha doğrusu, əvvəllər dediklərini bir qədər fərqli şəkildə yenidən təkrarlayıb.

Turkustan.az xarici KİV-ə istinadla xəbər verir ki, Trampın dediyinə görə, onun administrasiyası bütün diqqətini Rusiyanın Ukraynaya qarşı müharibəsinə yönəldəcək: "Biz Rusiya və Ukrayna ilə çox israrla işləyəcəyik. Bu (müharibə - red.) dayandırılmalıdır. Rusiya və Ukrayna dayanmalıdır. Biz bunun üzərində işləyəcəyik”.

“CNN” qeyd edir ki, Floridada keçirilən tədbir zamanı Tramp müharibə nəticəsində ölənlərə görə əsgər və ya dinc əhali olmasından asılı olmayaraq təəssüfləndiyini bildirib.

Bundan öncə “Washington Post” öz mənbələrinə istinadla yazıb ki, Tramp guya Ukraynanı Rusiya Federasiyasına güzəştə getməyə və Ukrayna ərazilərini, xüsusən Krımı və Donbası onun nəzarəti altına verməyə çalışır. Trampın seçki kampaniyasının müşaviri Ceyson Miller bu məlumatları saxta adlandırıb. Həmçinin, guya Trampın seçilməsindən sonra onun Putinlə telefon danışığının olması barədə məlumat da təsdiqini tapmayıb.

Xatırladaq ki, daha əvvəl seçkilərdə qalib gəldiyini bəyan edən Tramp dünyada müharibələrə son qoymağı planlaşdırdığını demişdi. O dəfələrlə bəyan edib ki, ikinci prezidentlik müddətinə seçildikdən dərhal sonra, hətta Ağ Evə girmədən 24 saat ərzində Ukraynadakı müharibəyə son qoyacaq: “Mən Zelenskiyə deyərdim: “Bəsdir. Müqavilə bağlamalısınız. Mən Putinə deyərdim: əgər razılaşmasan, ona (Ukraynaya-red.) çox şey verəcəyik. Biz lazım gəlsə (Ukraynaya) onların indiyədək aldıqlarından çox verəcəyik. Mən bir günə razılaşma ələ edəcəm. Bir günə!”

Trampın seçilməsindən 10 gün ötüb. Hələ ki, onun bu vədləri havadan asılı vəziyyətdədir. Bu müddət ərzində Vladimir Putin onu təbrik edərək, nisbətən yumşaq açıqlamalar versə də, “onun ağzıyla danışan” Rusiya XİN başçısı Sergey Lavrov Kremlin hər hansı güzəştə getməyəcəyinə, işğalın davam edəcəyinə, Rusiyanın yalnız öz şərtləri, yəni, Ukraynanın kapitulyasiyası, suverenliyinin məhdudlaşdırılması, ərazi itkilərinin rəsmiləşdirilməsi və s. qarşılığında razılığa gedə biləcəyinə işarə edən bəyanatlar verib.

Cəbhədə isə Rusiyanın hücumları daha da şiddətlənib. Buna paralel olaraq, Ukraynanın dinc şəhərləri ardıcıl olaraq bir neçə gündür ki, intensiv şəkildə raket və PUA hücumları ilə bombalanır. Son olaraq bu gün səhər Odessa şəhərinə kütləvi raket və PUA hücumu olub, yaşayış binaları dağıdılıb, mülki infrastruktura zərər vurulub, dinc əhali arasında itkilər var. Yəni, Rusiya özünün “işğal proqramı”nı qətiyyən asqıya alana bənzəmir və bunlar heç də sülhə hazır olan tərəfin addımlarına oxşamır… /azpolitika.info/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Noyabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see186

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see158

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see129

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see125

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri