Rusiyada 100 dən çox hərbçi qiyam qaldırıb | Icma.az
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyada 100-dən çox hərbçi qiyam qaldırıb Rusiyada hərbçilər Ukraynada müharibəyə getmək istəmədikləri üçün iğtişaş törədiblər.
Amma onları zorla işğal olunmuş Luqanska göndərdilər. Bu barədə Rusiyanın ASTRA nəşrinin Telegram kanalı məlumat yayıb.
ASTRA-nın məlumatına görə, fevralın 28-də 100-dən çox rusiyalı hərbçi zorla avtobuslara mindirilib və Çelyabinsk vilayətinin Çebarkul şəhərindəki hərbi komendantlıqdan Yekaterinburqa aparılıb.
Orada onları Koltsovo hava limanından 20 kilometr aralıda yerləşən çadır şəhərciyinə yerləşdiriblər.
Kanalın mənbələri bildirir ki, hərbçilər xidməti davam etdirməkdən imtina edərək hadisə yerinə müstəntiqləri çağırmağa çalışıblar.
Buna baxmayaraq onları Rostova, oradan da Ukraynaya göndərmək üçün təyyarəyə mindirmək istəsələr də, hərbçilər iğtişaş törətdilər.
ASTRA-nın əlində olan videoda qışqırıqlar, söyüşlər eşidilir, kimsə “damarların kəsilməsini” təklif edir və təcili yardım çağırılmasını istəyir.
Tam oxu
Xəbəri oxu