Icma.az
close
up
RU
Rusiyada 100 dən çox hərbçi qiyam qaldırıb

Rusiyada 100 dən çox hərbçi qiyam qaldırıb

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada 100-dən çox hərbçi qiyam qaldırıb

Rusiyada hərbçilər Ukraynada müharibəyə getmək istəmədikləri üçün iğtişaş törədiblər. Amma onları zorla işğal olunmuş Luqanska göndərdilər.

Bu barədə Rusiyanın ASTRA nəşrinin Telegram kanalı məlumat yayıb.

ASTRA-nın məlumatına görə, fevralın 28-də 100-dən çox rusiyalı hərbçi zorla avtobuslara mindirilib və Çelyabinsk vilayətinin Çebarkul şəhərindəki hərbi komendantlıqdan Yekaterinburqa aparılıb. Orada onları Koltsovo hava limanından 20 kilometr aralıda yerləşən çadır şəhərciyinə yerləşdiriblər.

Kanalın mənbələri bildirir ki, hərbçilər xidməti davam etdirməkdən imtina edərək hadisə yerinə müstəntiqləri çağırmağa çalışıblar. Buna baxmayaraq onları Rostova, oradan da Ukraynaya göndərmək üçün təyyarəyə mindirmək istəsələr də, hərbçilər iğtişaş törətdilər.

ASTRA-nın əlində olan videoda qışqırıqlar, söyüşlər eşidilir, kimsə “damarların kəsilməsini” təklif edir və təcili yardım çağırılmasını istəyir.

Əsgərlər videoların birində "Bizi sadəcə Ukraynaya göndərmək istəyirlər - ölümə göndərirlər. Biz məhkum olunmağımızı xahiş edirik, amma heç kim bizə belə imkan vermir. Dəstək istəyirik, sadəcə ölmək istəmirik. Bəzilərinin uşaqları var, burada əlillərimiz var, hamı yaralanıb, xəstədir. Bu, özbaşınalıqdır".

Fevralın 28-də hərbçilər planlaşdırılmış reysə çıxa bilməyiblər. Lakin martın 1-də onları Rostova göndərdilər, sonra isə Luqanska avtobuslara mindirdilər.

Yada salaq ki, 2024-cü ilin sonunda Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində rus əsgərləri arasında fərarilik halları artıb.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 02 Mart 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri