Rusiyada ayı daha iki nəfəri parçaladı

17.09.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Rusiyanın İrkutsk vilayətində ayı giləmeyvə toplayan iki kişini parçalayıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, hadisə vilayətin Kirensk bölgəsində qeydə alınıb.

Bildirilib ki, Kirensk sakini olan 3 nəfər meşəyə giləmeyvə toplamağa yollanıb. Yırtıcının hücumu nəticəsində 65 və 55 yaşlı iki şəxs həlak olub, üçüncü isə qaçmağı bacarıb və hadisə barədə məlumat verib. 

Hücum baş verən əraziyə polis və ovçular yönləndirilib. Ovçular ayıya atəş açsa da, onu zərərsizləşdirməyə nail olmayıb. Hazırda yırtıcının axtarışları davam edir. 

Xatırladaq ki, son zamanlar Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarında artım müşahidə edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью