Rusiyada ayı daha iki nəfəri parçaladı
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Rusiyanın İrkutsk vilayətində ayı giləmeyvə toplayan iki kişini parçalayıb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, hadisə vilayətin Kirensk bölgəsində qeydə alınıb.
Bildirilib ki, Kirensk sakini olan 3 nəfər meşəyə giləmeyvə toplamağa yollanıb. Yırtıcının hücumu nəticəsində 65 və 55 yaşlı iki şəxs həlak olub, üçüncü isə qaçmağı bacarıb və hadisə barədə məlumat verib.
Hücum baş verən əraziyə polis və ovçular yönləndirilib. Ovçular ayıya atəş açsa da, onu zərərsizləşdirməyə nail olmayıb. Hazırda yırtıcının axtarışları davam edir.
Xatırladaq ki, son zamanlar Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarında artım müşahidə edilir.
Bu mövzuda digər xəbərlər:Rusiyada ayı turisti parçaladı
12 Noyabr 2024 12:52
Rusiyada ayı balıqçını parçaladı
16 İyun 2026 05:54
Rusiyada ayı turisti meşəyə sürüyüb parçaladı
19 Avqust 2026 14:46
Ayı iki nəfəri parçaladı: Üçüncüsü qaçdı
17 Sentyabr 2026 11:04
Rusiyada pələng deputatı parçaladı
12 Mart 2025 14:37
Baxış sayı:67
Bu xəbər 17 Sentyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















