Rusiyada neft böhranı İstehsal son 15 ilin minimumuna düşdü | Icma.az
Icma.az, Bakupost saytına istinadən bildirir. 2025-ci ildə Rusiyada neftin boru kəmərləri vasitəsilə neft emalı zavodlarına (NQZ) tədarükü s
Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, ötən il NQZ-lərə nəql olunan neftin həcmi 228,34 milyon ton təşkil edib ki, bu da əvvəlk
Paralel olaraq ölkədə ümumi neft emalı həcmi də 2024-cü illə müqayisədə 1,7% azalıb.
Analitiklər bu tendensiyanı əsasən planlaşdırılmamış dayanma və təmir işləri ilə əlaqələndirirlər.Sözügedən təmir işləri bir sıra NQZ-lərin hava hücumlarından sonra fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı olub.
Xüsusilə ilin ikinci yarısında, avqust–noyabr aylarında vəziyyət daha qabarıq hiss olunub.
Bu dövrdə zavodlara cəmi 85,9 milyon ton neft daxil olub, halbuki 2024-cü ilin eyni dövründə bu rəqəm 90 milyon ton idi.Azalma ən çox “Rosneft” şirkətinin zavodlarında müşahidə olunub.
Şirkətə məxsus NQZ-lərin yüklənmə səviyyəsi təxminən 8% aşağı düşüb.
Xüsusilə Ryazan NQZ-yə neft tədarükü 34% azalaraq kəskin geriləmə göstərib.Nəşr qeyd edir ki, son illər Rusiya ərazisindəki neft emalı zavodları daha tez-tez Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır.
Tam oxu
Xəbəri oxu