Icma.az
close
up
RU
Rusiyada neft böhranı İstehsal son 15 ilin minimumuna düşdü

Rusiyada neft böhranı İstehsal son 15 ilin minimumuna düşdü

Icma.az, Bakupost saytına istinadən bildirir.


2025-ci ildə Rusiyada neftin boru kəmərləri vasitəsilə neft emalı zavodlarına (NQZ) tədarükü son 15 ilin ən aşağı səviyyəsinə enib.

Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, ötən il NQZ-lərə nəql olunan neftin həcmi 228,34 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,6% azalma deməkdir.
Bu göstərici 2010-cu ildən bəri qeydə alınan ən aşağı səviyyədir. Paralel olaraq ölkədə ümumi neft emalı həcmi də 2024-cü illə müqayisədə 1,7% azalıb. Analitiklər bu tendensiyanı əsasən planlaşdırılmamış dayanma və təmir işləri ilə əlaqələndirirlər.
Sözügedən təmir işləri bir sıra NQZ-lərin hava hücumlarından sonra fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı olub. Xüsusilə ilin ikinci yarısında, avqust–noyabr aylarında vəziyyət daha qabarıq hiss olunub. Bu dövrdə zavodlara cəmi 85,9 milyon ton neft daxil olub, halbuki 2024-cü ilin eyni dövründə bu rəqəm 90 milyon ton idi.
Azalma ən çox “Rosneft” şirkətinin zavodlarında müşahidə olunub. Şirkətə məxsus NQZ-lərin yüklənmə səviyyəsi təxminən 8% aşağı düşüb. Xüsusilə Ryazan NQZ-yə neft tədarükü 34% azalaraq kəskin geriləmə göstərib.
Nəşr qeyd edir ki, son illər Rusiya ərazisindəki neft emalı zavodları daha tez-tez Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır. 2025-ci ilin yayından etibarən “DeepStrike” strategiyası çərçivəsində həyata keçirilən bu hücumlar, əsasən, ilkin emal qurğularını hədəf alıb və bəzi obyektlərdə uzunmüddətli dayanmalara səbəb olub.
Mütəxəssislər hesab edirlər ki, NQZ-lərdə yaranan texniki fasilələr və artan təhlükəsizlik riskləri səbəbindən yaxın dövrdə Rusiyanın neft emalı və daxili yanacaq balansında böhran daha da dərinləşəcək.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri