Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
1 yanvar 2026-cı il tarixindən etibarən qüvvəyə minən vergi artımından sonra Rusiya müəssisələri xidmət və mallarının qiymətlərini kəskin şəkildə qaldırıblar.“AzPolitika” xəbər verir ki, bunu Rusiya Ticarət və Sənaye Palatasının (TİP) rəhbəri Sergey Katırin "İzvestiya"ya verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, logistika şirkətləri dərhal tariflərini 10-20% artırıblar.
Qida xidməti, özəl səhiyyə, təhsil sektorlarında qiymət artımları orta hesabla 8-10%, İT və rəqəmsal xidmətlərdə isə 5-7% təşkil edib.Bundan əlavə, Katırin qeyd edib ki, 2025-ci ildə əksər şirkətlər ilin əvvəlində qəfil artımların qarşısını almaq üçün gələcək vergi dəyişikliklərini zatən yeni qiymətlərinə daxil ediblər.
Həmin vaxt xidmət və məhsulların qiymətlərini orta hesabla 10% artırıblar.
Biznes nümayəndələri qiymət artımlarını vergi, əmək haqqı, kirayə haqqı, kommunal xidmətlər, yanacaq, avadanlıqların saxlanılması və avadanlıqların alınması xərclərinin artması ilə əlaqələndirirlər.
Rosstat-ın məlumatına görə, ölkədə inflyasiya təkcə 1-12 yanvar tarixləri arasında, cəmi 11 gündə 1,26%-ə qədər sürətlənib.
Mərkəzi Bank ilin sonuna qədər onun 4-5%-ə çatacağını gözləyir.