Rusiyada qiymətlər kəskin bahalaşıb Vergilərin artırılması və müharibə öz sözünü deyir
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
1 yanvar 2026-cı il tarixindən etibarən qüvvəyə minən vergi artımından sonra Rusiya müəssisələri xidmət və mallarının qiymətlərini kəskin şəkildə qaldırıblar.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Ticarət və Sənaye Palatasının (TİP) rəhbəri Sergey Katırin "İzvestiya"ya verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, logistika şirkətləri dərhal tariflərini 10-20% artırıblar. Qida xidməti, özəl səhiyyə, təhsil sektorlarında qiymət artımları orta hesabla 8-10%, İT və rəqəmsal xidmətlərdə isə 5-7% təşkil edib.
Bundan əlavə, Katırin qeyd edib ki, 2025-ci ildə əksər şirkətlər ilin əvvəlində qəfil artımların qarşısını almaq üçün gələcək vergi dəyişikliklərini zatən yeni qiymətlərinə daxil ediblər. Həmin vaxt xidmət və məhsulların qiymətlərini orta hesabla 10% artırıblar. Biznes nümayəndələri qiymət artımlarını vergi, əmək haqqı, kirayə haqqı, kommunal xidmətlər, yanacaq, avadanlıqların saxlanılması və avadanlıqların alınması xərclərinin artması ilə əlaqələndirirlər.
Rosstat-ın məlumatına görə, ölkədə inflyasiya təkcə 1-12 yanvar tarixləri arasında, cəmi 11 gündə 1,26%-ə qədər sürətlənib. Mərkəzi Bank ilin sonuna qədər onun 4-5%-ə çatacağını gözləyir. Lakin reallıq tamamilə başqadır…
Xatırladaq ki, Rusiyada vergi yükü 2026-cı ilin əvvəlindən artıb. Hökumət əlavə dəyər vergisini (ƏDV) 20%-dən 22%-ə qaldırıb. Eyni zamanda, kiçik bizneslər üçün “vergi islahatı” başlayıb ki, bu da 4,4 milyon kiçik sahibkarın xərclərini artırıb. Ümumilikdə, Rusiya Maliyyə Nazirliyi bu vergi dəyişiklikləri vasitəsilə Ukraynadakı müharibə üçün istifadə ediləcək 3,2 trilyon rubl əlavə vergi toplamağı planlaşdırır.
Təəsüf ki, Azərbaycan hökumətinin iqtisadi bloku da təxminən eyni yolla gedir. Azad və müasir tələblərə uyğun iqtisadi modellər tətbiq etmək, biznesi həvəsləndirmək əvəzinə, onu boğmağa yönələn, fiziki şəxslərin gəlir vergisi də daxil olmaqla, xüsusilə kiçik biznesə qarşı həyata keçirilən “vergi siyasəti”, eləcə də cərimə, maliyyə sanksiyaları, həmçinin yanacaq, kommunal xidmətlər və s. sahələrdəki artımlarla iqtisadiyyatımızın daralmasını, qiymətlərin isə yüksəlməsini qaçılmaz edir.
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















