Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2024-cü ildə Rusiyadan MDB ölkələrinə, xüsusilə Azərbaycana yönələn pul köçürmələrinin həcminin kəskin şəkildə azalması regional maliyyə axınlarında ciddi dəyişikliklərə səbəb olub.
Bu azalma bir sıra iqtisadi və maliyyə amillərinin təsiri ilə baş verib.
Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri, inflyasiya və Rusiya iqtisadiyyatının üzləşdiyi problemlər bu ölkədə vətəndaşların maliyyə vəziyyətini mənfi yöndə təsir edib.
Nəticədə Rusiyada yaşayan və işləyən bir çox miqrantın ölkəsinə göndərdiyi vəsaitlərdə əhəmiyyətli azalmalar baş verib.
Son bir ildə banklar, “Zolotaya Korona”, “Unistream” və “Contact” platformaları vasitəsilə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin səviyyəsi xeyli aşağı düşüb.
Qonşu ölkələrə münasibətdə ən böyük azalma Azərbaycana göndərilən pul baratlarının həcmində qeydə alınıb.
Hələlik 2024-cü il üzrə yekun məlumatlar tam açıqlanmasa da ötən ilin sonuna olan göstəricilər ciddi aszalma olduğunu göstərir.