Icma.az
close
up
RU
Rusiyadakı azərbaycanlıların göndərdikləri pulda fantastik AZALMA SƏBƏBLƏR

Rusiyadakı azərbaycanlıların göndərdikləri pulda fantastik AZALMA SƏBƏBLƏR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ildə Rusiyadan MDB ölkələrinə, xüsusilə Azərbaycana yönələn pul köçürmələrinin həcminin kəskin şəkildə azalması regional maliyyə axınlarında ciddi dəyişikliklərə səbəb olub. Bu azalma bir sıra iqtisadi və maliyyə amillərinin təsiri ilə baş verib. Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri, inflyasiya və Rusiya iqtisadiyyatının üzləşdiyi problemlər bu ölkədə vətəndaşların maliyyə vəziyyətini mənfi yöndə təsir edib. Nəticədə Rusiyada yaşayan və işləyən bir çox miqrantın ölkəsinə  göndərdiyi vəsaitlərdə əhəmiyyətli azalmalar baş verib.

Son bir ildə banklar, “Zolotaya Korona”, “Unistream” və “Contact” platformaları vasitəsilə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin səviyyəsi xeyli aşağı düşüb. Qonşu ölkələrə münasibətdə ən böyük azalma Azərbaycana göndərilən pul baratlarının həcmində qeydə alınıb. 

Hələlik 2024-cü il üzrə yekun məlumatlar tam açıqlanmasa da ötən ilin sonuna olan göstəricilər ciddi aszalma olduğunu göstərir. Belə ki, 2024-cü ildə Azərbaycana – 410,7 milyon dollar  göndərilib. Bu da bir il əvvəllə müqayisədə yarıbayarı azdır. 

Qeyd edək ki, Azərbaycana göndəriklən pul baratlarının həcminə görə Rusiya birinci yerdədir. 2023-cü illə müqayisədə Rusiyanın payı 65 faizdən 48 faizə ensə də liderliyini qoruyur. Əvəzindən ikinci yerdə olan Türkiyənin payı 9 faizdən 15,4 faizə, üçüncü yerdə olan ABŞ-dan göndərişlərin xüsusi çəkisi 4,5 faizdən 5,7 faizə yüksəlib. 

Ümumilikdə  ötən ilin 9 ayında xarici ölkələrdən ölkələrədn göndərilən pul köçürmələri 848 milyon dollar olub. Bu bir il əvvəllə müqayisədə 34 faiz azdır. Azalmaya Rusiyadan göndərilən vəsaitin az olması səbəb olub.

Rusiyadan Qazaxıstana 132,8 milyon dollar köçürülüb ki, bu da 2023-cü illə müqayisədə 44 faiz azdır.

2024-cü ildə Gürcüstana göndərilən pul köçürmələrinin həcmi 541,2 milyon dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 65 faiz  azalma deməkdir. Bu Gürcüstanın ən böyük pul köçürmələri mənbələrindən biri olan Rusiya ilə iqtisadi əlaqələrin zəifləməsi və regiondakı ümumi maliyyə axınının dəyişməsi ilə əlaqələndirilir.

2024-cü ilin 11 ayında Rusiyadan Ermənistana göndərilən pul köçürmələri də 3,2 milyard dollar olub və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz azdır. 

2024-cü ildə Rusiyadan yalnız Qırğızıstana pul köçürmələri artıb. Bu ölkəyə 2,6 milyard dollar köçürülüb ki, bu da 2023-cü illə müqayisədə 12 faiz çoxdur. 

Köçürmələrin həcmi niyə azalır?

Modern.az-ın məlumatına görə, Moskvada ticarətlə məşğul olan Mahir İsayev bildirir ki, bu sahədə vəziyyət 2022-ci ildən sonra pisləşib.

Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri və inflyasiya Rusiyadakı vətəndaşların maliyyə vəziyyətini pisləşdirib. Onların alıcılıq qabiliyyətinin aşağı düşməsi Rusiyada yaşayan və işləyən bir çox azərbaycanlının daha az pul qazanmasına və göndərdikləri puulun həcminin aşağı düşməsinə səbəb olub. 

Fərdi sahibkarlıqla məşğul olan Samir Məmmədov isə deyir ki, 2021-ci ildə dollar 73-75 rubla dəyişdirilirdi. Sonradan məzənnə 90-100 rubla qədər artdı. 2021-ci ildə Rusiyada işləyən bir çox azərbaycanlı gəlirlərinin bir hissəsini Azərbaycana göndərərək ailələrinə dəstək olurdular. Lakin 2022-ci ildən sonra maaşlar azalıb və gəlirlərinin bir hissəsini itiriblər. 2021-ci ildə 1000 dollar qazanan bir şəxs indi  yalnız 500-600 dollar qazana bilir, bu da onların göndərdikləri pulun məbləğinin azalmasına gətirib çıxarır. 

Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin professoru Yevgeni Koqanın sözlərinə görə, rublun dəyərsizləşməsi və inflyasiya xarici ölkələrə pul göndərməyi çətinləşdirib. Bu vəziyyət xüsusilə orta və aşağı təbəqə üçün problem yaradır, çünki artan qiymətlər və zəifləmiş rubl onları xaricə pul göndərməkdən çəkindirir. Koqan həmçinin, son dövrlərdə rəqəmsal ödəniş sistemlərinin və kriptovalyutaların populyarlaşmasının insanların daha sərfəli və sürətli şəkildə pul göndərmələrinə imkan verdiyini vurğulayır. 

Rusiyalı iqtisadçı və politoloq Mixail Delyagin Qərb sanksiyalarının Rusiyanın xarici ölkələrə maliyyə axınlarını azaldığını və bu tendensiyanın gələcəkdə daha da dərinləşə biləcəyini bildirir. Onun fikrincə, sanksiyalar Rusiya banklarının beynəlxalq maliyyə sistemlərindən təcrid olunmasına səbəb olur və bu da bank köçürmələrini çətinləşdirir. Həmçinin, sanksiyalar və Rusiya iqtisadiyyatının üzləşdiyi böhran, xarici kapitalın ölkədən çıxışını sürətləndirir, bu da maliyyə axınının azalmasına yol açır. Delyagin bu vəziyyətin iqtisadiyyatın daha da zəifləməsinə səbəb olacağını və gələcəkdə daha ciddi təsirlər göstərəcəyini proqnozlaşdırır.  

Məlumat üçün bildirək ki, ötən il Azərbaycandan xaricə göndərilən pul köçürmələri 2 faiz  artaraq  408 milyon dollar olub. Türkiyəyə göndərilən pul baratlarının həcmi 118 milyon dollar təşkil edib, bu da ümumi köçürmələrin 29 faizinə bərabərdir. 

Köçürmələrdə 11 faiz paya ABŞ-a 45 milyon dollar göndərilib. Rusiya Federasiyasına göndərilən məbləğ 44,292 milyon dollar olub və bunun xüsusi çəkisi 10,8 faizdir.  Gürcüstana isə 36 milyon dollar (8,8 faiz) köçürülüb. Birləşmiş Krallığa göndərilən pul baratlarının həcmi 22 milyon dollar (5,4 faiz təşkil edib, Almaniyaya isə 18,324 milyon dollar (4,5 faiz) köçürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri