Rusiyadan Abxaziyaya uçuşlar başlayacaq

15.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

“Ifly” aviaşirkəti mayın ikinci yarısından etibarən Rusiya ilə işğal altındakı Abxaziya bölgəsi arasında uçuşlara başlayacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Rusiya mətbuatına aviaşirkətin nümayəndəsi məlumat verib.

"Hazırlıq mərhələsi başa çatdıqdan sonra uçuşların başlanması üçün konkret tarix müəyyən ediləcək. Düşünürəm ki, uçuşlar mayın ikinci yarısından başlayacaq" - deyə şirkətin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda müntəzəm reyslərə hazırlığın texniki mərhələsi davam edir və Airbus A330 təyyarələrinin qəbulu və onlara xidmət göstərilməsi baxımından hava limanının texniki imkanları öyrənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью