Rusiyadan Abxaziyaya uçuşlar başlayacaq
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
“Ifly” aviaşirkəti mayın ikinci yarısından etibarən Rusiya ilə işğal altındakı Abxaziya bölgəsi arasında uçuşlara başlayacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Rusiya mətbuatına aviaşirkətin nümayəndəsi məlumat verib.
"Hazırlıq mərhələsi başa çatdıqdan sonra uçuşların başlanması üçün konkret tarix müəyyən ediləcək. Düşünürəm ki, uçuşlar mayın ikinci yarısından başlayacaq" - deyə şirkətin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda müntəzəm reyslərə hazırlığın texniki mərhələsi davam edir və Airbus A330 təyyarələrinin qəbulu və onlara xidmət göstərilməsi baxımından hava limanının texniki imkanları öyrənilir.
Bu mövzuda digər xəbərlər:Rusiyadan Abxaziyaya yeni cəza: ağlagəlməz sanksiya verildi
07 Dekabr 2024 08:21
Rusiya Abxaziyaya maliyyə yardımını dayandırdı
06 Dekabr 2024 00:19
Rusiya XİN ölkə vətəndaşlarını Abxaziyaya səfərdən
15 Noyabr 2024 19:37
Rusiya Abxaziyaya elektrik enerjisi nəqlinə başlayıb
23 Dekabr 2024 16:43
Baxış sayı:99
Bu xəbər 15 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















