Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa liderlərinin Ukrayna-Rusiya danışıqlarında ABŞ-nin vasitəçi roluna şübhə etdikləri və dərin etimadsızlıq ifadə etdikləri iddia olunan qeydlərə Moskvadan cavab gəlib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev “X” hesabında Almaniya Kansleri Fridrix Mertsi “müharibə təhrikçiliyi”ndə günahlandırıb və onu “inatkar axmaq” adlandırıb.
Almaniyanın Spiegel jurnalında dərc olunan, guya gizli görüşə aid olduğu iddia edilən qeydlərə əsaslanan xəbərdə deyilir ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Ukrayna və Avropanı “yarıda tərk edə biləcəyindən” narahatlığını ifadə edib.
Mertsin isə Ukrayna lideri Volodimir Zelenskiyə “qarşıdakı günlərdə çox diqqətli olması” barədə xəbərdarlıq etdiyi və “Onlar həm səninlə, həm də bizimlə oyun oynayırlar” dediyi bildirilir.
Həmin görüşün bazar ertəsi günü keçirildiyi, iştirakçılar arasında Finlandiya Prezidenti Aleksandr Stubb, Polşa Baş naziri Donald Tusk, İtaliya Baş naziri Corciya Meloni, Danimarka Baş naziri Mette Frederiksen, Norveç Baş naziri Yonas Qar Støre, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Şurası Prezidenti Antonio Kosta kimi adların olduğu qeyd olunur.
Eyni zamanda Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri olan Dmitriyev, Mertsin Amerikalıların həm Ukrayna, həm də Avropa ilə “oyun oynadığı” barədə narahatlığını istehza ilə qarşılayıb.
Beynəlxalq mediada geniş rezonans doğuran bu xəbərin ardından Dmitriyev sosial şəbəkədə belə yazıb: “Əziz Merts, siz ümumiyyətlə oyunda deyilsiniz.