Icma.az
close
up
RU
Rusiyadan Almaniyaya cavab gecikmədi

Rusiyadan Almaniyaya cavab gecikmədi

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa liderlərinin Ukrayna-Rusiya danışıqlarında ABŞ-nin vasitəçi roluna şübhə etdikləri və dərin etimadsızlıq ifadə etdikləri iddia olunan qeydlərə Moskvadan cavab gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev “X” hesabında Almaniya Kansleri Fridrix Mertsi “müharibə təhrikçiliyi”ndə günahlandırıb və onu “inatkar axmaq” adlandırıb.

Almaniyanın Spiegel jurnalında dərc olunan, guya gizli görüşə aid olduğu iddia edilən qeydlərə əsaslanan xəbərdə deyilir ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Ukrayna və Avropanı “yarıda tərk edə biləcəyindən” narahatlığını ifadə edib.

Mertsin isə Ukrayna lideri Volodimir Zelenskiyə “qarşıdakı günlərdə çox diqqətli olması” barədə xəbərdarlıq etdiyi və “Onlar həm səninlə, həm də bizimlə oyun oynayırlar” dediyi bildirilir.

Həmin görüşün bazar ertəsi günü keçirildiyi, iştirakçılar arasında Finlandiya Prezidenti Aleksandr Stubb, Polşa Baş naziri Donald Tusk, İtaliya Baş naziri Corciya Meloni, Danimarka Baş naziri Mette Frederiksen, Norveç Baş naziri Yonas Qar Støre, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Şurası Prezidenti Antonio Kosta kimi adların olduğu qeyd olunur.

Eyni zamanda Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri olan Dmitriyev, Mertsin Amerikalıların həm Ukrayna, həm də Avropa ilə “oyun oynadığı” barədə narahatlığını istehza ilə qarşılayıb. Beynəlxalq mediada geniş rezonans doğuran bu xəbərin ardından Dmitriyev sosial şəbəkədə belə yazıb:

“Əziz Merts, siz ümumiyyətlə oyunda deyilsiniz. Müharibəni qızışdırmaqla, sülhü sabotaj etməklə, gerçək olmayan təkliflərlə, Qərb mədəniyyətinin intiharına yol açmaqla, miqrasiya ilə və inatkar axmaqlığınızla özünüzü çoxdan kənara atmış olmusunuz”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri