Rusiyadan Azərbaycana qarşı hədə və təhqirlər yağdı: hücum ların arxasında Kreml durur? Vİ…
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rövşən Məmmədov müəllifi olduğu "Həftə" analitik-informasiya proqramında Bakı-Moskva əlaqələrinə, AZAL-a məxsus təyyarənin Rusiyada vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra baş verən proseslərə, son günlər Rusiya mətbuatında Azərbaycanın ünvanına səsləndirilən tənqid və təhqirlərə, bunun arxasında kimlərin dura biləcəyini mövzusunu özünəməxsus şəkildə şərh edib.
Rusiya-Ukrayna müharibəsində, Vaşinqton-Moskva və Rusiya-Avropa İttifaqı ziddiyyətlərində Azərbaycan hər zaman obyektiv mövqe tutub, heç zaman Qərbin digər region ölkələrinə, xüsusilə də Şimal ölkəsinə qarşı həyata keçirdiyi əsassız sanksiya kampaniyasına qoşulmayıb.
Rövşən Məmmədov qeyd edib ki, bütün bunlara baxmayaraq, düşündürücü məqamlar var məsələn, Ermənistan bütün siyasətini Rusiyanın maraqlarını və nüfuzunu tapdalamaq üzərində qurduğu halda, Moskvadan İrəvan əleyhinə rəsmi səviyyədə yalnız yumuşaq bəyanatlar verilir: "Görəsən niyə?
Azərbaycan isə regional maraqları qoruduğu, Qərbin bölgə ölkələrinə, ilk növbədə Rusiyaya qarşı hesablanmış oyunlarına alət olmadığı, region dövlətləri, həm də Rusiya ilə əlaqələri üstün tutduğu halda, ölkəmiz elə Şimaldan gah neonasistlərin dili ilə hədələnir, təhqir olunur, gah da rəsmi Kremlin birbaşa media ruporu olan “Komsomolskaya Pravda” qəzetinin dili ilə Azərbaycan barədə həqiqətdən uzaq, uydurma informasiyalar dövriyyə buraxılır.
Son günlər bu əks-təbliğat daha çox Bakı-Qroznu təyyarəsinin vurulması ətrafında gedir.
Pilotların danışıqlarını yayaraq izi azdırmağa, diqqəti əsas məsələdən yayındıraraq Azərbaycanı günahkar çıxarmağa cəhdlər göstərilir.
Etiraf edək ki, biz Rusiyadan obyektiv davranma, hadisənin obyektiv və hərtərəfli araşdırılmasını gözləyirdik.
Tam oxu
Xəbəri oxu