Icma.az
close
up
RU
Rusiyadan Azərbaycana qarşı hədə və təhqirlər yağdı: hücum ların arxasında Kreml durur? VİDEO

Rusiyadan Azərbaycana qarşı hədə və təhqirlər yağdı: hücum ların arxasında Kreml durur? VİDEO

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rövşən Məmmədov müəllifi olduğu "Həftə" analitik-informasiya proqramında Bakı-Moskva əlaqələrinə, AZAL-a məxsus təyyarənin Rusiyada vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra baş verən proseslərə, son günlər Rusiya mətbuatında Azərbaycanın ünvanına səsləndirilən tənqid və təhqirlərə, bunun arxasında kimlərin dura biləcəyini mövzusunu özünəməxsus şəkildə şərh edib.
Rusiya-Ukrayna müharibəsində, Vaşinqton-Moskva və Rusiya-Avropa İttifaqı ziddiyyətlərində Azərbaycan hər zaman obyektiv mövqe tutub, heç zaman Qərbin digər region ölkələrinə, xüsusilə də Şimal ölkəsinə qarşı həyata keçirdiyi əsassız sanksiya kampaniyasına qoşulmayıb.
Rövşən Məmmədov qeyd edib ki, bütün bunlara baxmayaraq, düşündürücü məqamlar var  məsələn, Ermənistan bütün siyasətini Rusiyanın maraqlarını və nüfuzunu tapdalamaq üzərində qurduğu halda, Moskvadan İrəvan əleyhinə rəsmi səviyyədə yalnız yumuşaq bəyanatlar verilir: "Görəsən niyə? Azərbaycan isə regional maraqları qoruduğu, Qərbin bölgə ölkələrinə, ilk növbədə Rusiyaya qarşı hesablanmış oyunlarına alət olmadığı, region dövlətləri, həm də Rusiya ilə əlaqələri üstün tutduğu halda, ölkəmiz elə Şimaldan gah neonasistlərin dili ilə hədələnir, təhqir olunur, gah da rəsmi Kremlin birbaşa media ruporu olan “Komsomolskaya Pravda” qəzetinin dili ilə Azərbaycan barədə həqiqətdən uzaq, uydurma informasiyalar dövriyyə buraxılır.
Son günlər bu əks-təbliğat daha çox Bakı-Qroznu təyyarəsinin vurulması ətrafında gedir. Pilotların danışıqlarını yayaraq izi azdırmağa, diqqəti əsas məsələdən yayındıraraq Azərbaycanı günahkar çıxarmağa cəhdlər göstərilir. Etiraf edək ki, biz Rusiyadan obyektiv davranma, hadisənin obyektiv və hərtərəfli araşdırılmasını gözləyirdik. Yəni baş vermiş hadisədə günahı olan ölkə mütləq şəkildə üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Ancaq bu gün bunun əksi baş verir. Görünür, ruslar oyun oynamağa həvəslidirlər.
Sadəcə bilsinlər ki, bu oyunlar, günahı üzərindən atmaq taktikası, Bakının haqlı tələblərindən boyun qaçırmaq ikitərəfli münasibətlərə də ciddi zərbə vurur. Onu da bilsinlər ki, istər Rusiya, istərsə də Qərb olsun, beynəlxalq prosesləri yalnız özlərinin müəyyən etdiyi "Yol xəritəsi" əsasında inkişaf etdirə, həyata keçirə bilməzlər. Başqa dövlətlərə və xalqlara hörmət, hüquqlarına dəyər vermək hər kəsin, o cümlədən Rusiyanın borcudur. Bu gün məhz Moskvanın hakimiyyət dairələrinin nəzarətində olan media resurslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunması həm anlaşılmaz, həm də yolverilməzdir. Biz başa düşmədik, təyyarəsi vurulan biz, vətəndaşlarını və təcrübəli pilotlarını itirən biz, təhqir olunan da biz!. Əvvəla, baş vermiş hadisəyə münasibətdə hər kəs öz tərbiyəsini ortaya qoyur. Rusların tərbiyəsini və ya tərbiyəsizliyini gördük".
Verilişdə vurğulanıb ki, Rusiya suallara cavab verməlidir: "Suallara cavab vermək mütləqdir, önəmlidir, hörmətli Kreml rəsmiləri. Daha, ucuz şoular və təhqirlər lazım deyil. Azərbaycan haqlı olaraq hesab edir ki, bu təhqir və hədələrin kökü məhz Kremlə qədər gedib çıxır. Bu adi bir media orqanının yazdığı təhqir və hədə deyil. Ucuz şouya və yaxud komediyaya da məhz orada, birbaşa Federal Təhlükəsizlik Xidmətinin əli ilə start verilib".
Şərhin video materialını linkə keçid edib izləyə bilərsiniz: 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri