Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Son aylarda müşahidə olunan gərgin ritorika fonunda Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamikanın bərpa olunması diqqət çəkir.
AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra yaranan sərt ritorika artıq yoxdur.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevi 9 May – faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlə bağlı Moskvaya dəvət etməsi mühüm siyasi jest kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidinin başlanğıcı ola bilər.
Moskva ilə Bakı arasında münasibətlər sistemində nə kimi yeniliklər müşahidə ediləcək?
İki prezident qaldıqları yerdən davam edəcəklər, ya yeni prioritetlər müəyyənləşəcək?
Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan təkcə Rusiya üçün deyil, həm də Qərb və Çin üçün olduqca strateji mövqedə yerləşən mühüm bir dövlətdir: “Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizləri arasında yerləşən olduqca vacib tranzit məkandır və bu səbəbdən dünya dövlətləri üçün xüsusi cəlbediciliyə malikdir.