Icma.az
close
up
RU
Rusiyadan Azərbaycanla bağlı qərar: Putinin Bakı planında mühüm amil

Rusiyadan Azərbaycanla bağlı qərar: Putinin Bakı planında mühüm amil

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son aylarda müşahidə olunan gərgin ritorika fonunda Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamikanın bərpa olunması diqqət çəkir. AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra yaranan sərt ritorika artıq yoxdur. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevi 9 May – faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlə bağlı Moskvaya dəvət etməsi mühüm siyasi jest kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidinin başlanğıcı ola bilər.

Moskva ilə Bakı arasında münasibətlər sistemində nə kimi yeniliklər müşahidə ediləcək? İki prezident qaldıqları yerdən davam edəcəklər, ya yeni prioritetlər müəyyənləşəcək?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan təkcə Rusiya üçün deyil, həm də Qərb və Çin üçün olduqca strateji mövqedə yerləşən mühüm bir dövlətdir:

“Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizləri arasında yerləşən olduqca vacib tranzit məkandır və bu səbəbdən dünya dövlətləri üçün xüsusi cəlbediciliyə malikdir. Rəsmi Bakı bu coğrafi üstünlüyündən məharətlə istifadə etməyi bacarır. Strateji hədəflərini müəyyənləşdirərkən Azərbaycan bu mühüm faktorları hər zaman diqqətdə saxlayır. Rusiya ilə münasibətlər də bu baxımdan istisna deyil. Kreml də anlayır ki, Cənubi Qafqazda geosiyasi iradə nümayiş etdirən yeganə tərəf məhz Azərbaycandır. Müəyyən fikir ayrılıqları olsa da, Moskva Bakı ilə münasibətləri normallaşdırmaqda maraqlıdır”.

Elçin Xalidbəyli

Politoloqun fikrincə, Qərbin və ABŞ-ın təzyiqləri fonunda təcrid olunan Rusiya üçün Azərbaycan hazırda dünyaya açılan vacib pəncərəyə çevrilib:

“Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçməsi üçün hazırda konkret hazırlıq işləri görülür. Rusiyanın bu dəhlizdə iqtisadi və strateji maraqları böyükdür. Həm loqistik, həm də siyasi baxımdan Azərbaycanla əməkdaşlıq Moskva üçün önəm kəsb edir.

Azərbaycan və Rusiya arasında 3 il öncə Strateji Müttəfiqlik haqqında Bəyannamə də imzalanıb. Bu sənəd hər iki tərəf üçün ciddi əhəmiyyət daşıyır və qarşılıqlı münasibətlərin uzunmüddətli əsaslarda inkişaf etdirilməsinə xidmət edir.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri