Rusiyadan hər hansı ödəniş edilməyib Hökumənin atası | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın "Alfa Sığorta" şirkəti Azərbaycana məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı sığorta ödənişini tam şəkildə həyata keçirib.
Bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik "İnterfaks"a məlumat verib.
Kabaçnikin sözlərinə görə, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir.
"Bu qanuna görə, həyat və sağlamlığa dəyən zərərə görə ödəniş məbləği 2 milyon rubl müəyyən edilib və lazımi sənədlər təqdim edildikdən sonra ödənişlər tez bir zamanda həyata keçirilə bilər" - İlya Kabaçnik əlavə edib.
O, həmçinin sərnişinlərə dəyən zərərə görə ödənişlərin başladığını bildirib. Ancaq ödənişin kimlərə verildiyi məlum deyil.
Ehtimal edilir ki, ödənişlər qəzada həlak olan Rusiya vətəndaşlarına edilib.
Qəzada həlak olan Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev də Modern.az-a açıqlamasında bildirib ki, onlara hər hansı ödəniş edilməyib.
Tam oxu
Xəbəri oxu