Icma.az
close
up
RU
Rusiyadan hər hansı ödəniş edilməyib Hökumənin atası

Rusiyadan hər hansı ödəniş edilməyib Hökumənin atası

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın "Alfa Sığorta" şirkəti Azərbaycana məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı sığorta ödənişini tam şəkildə həyata keçirib. Bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik "İnterfaks"a məlumat verib.

Kabaçnikin sözlərinə görə, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir.

"Bu qanuna görə, həyat və sağlamlığa dəyən zərərə görə ödəniş məbləği 2 milyon rubl müəyyən edilib və lazımi sənədlər təqdim edildikdən sonra ödənişlər tez bir zamanda həyata keçirilə bilər" - İlya Kabaçnik əlavə edib.

O, həmçinin sərnişinlərə dəyən zərərə görə ödənişlərin başladığını bildirib. Ancaq ödənişin kimlərə verildiyi məlum deyil. Ehtimal edilir ki, ödənişlər qəzada həlak olan Rusiya vətəndaşlarına edilib.

Qəzada həlak olan Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev də Modern.az-a açıqlamasında bildirib ki, onlara hər hansı ödəniş edilməyib.

O deyib ki, sözügedən sığorta ödənişi ilə bağlı heç bir məlumatları yoxdur: “Bizə sığorta ödənişi barədə heç nə deyilməyib. Hərhansı ödəniş barədə məlumatımız yoxdur".

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb.

Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri