Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son günlər dünyada Kamçatkadan paylaşılan görüntülər ətrafında geniş müzakirələr gedir.
Belə ki, kadrlarda qarın binaların yeddi-səkkizinci mərtəbəsinə qədər qalxdığı aydın görünür.
Lakin həmin görüntülərin Süni İntellekt (Aİ) vasitəsilə hazırlandığı, yoxsa gerçək olduğu müəmma olaraq qalıb.
Digər tərəfdən, Rusiya media orqanlarında yayılan məlumata görə, hazırda Kamçatkada vəziyyət kritikdir və xilasaetmə işləri gedir.
Qeyd edək ki, yanvarın 16-dan yağan qarın nəticələri ilə əlaqədar Petropavlovsk-Kamçatskidə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yanvarın 19-da şəhərdə yenidən ictimai nəqliyyatın hərəkətində problemlər yaranıb. Məktəblilər iki gün ərzində distant təhsilə keçirilib.
Regional Hidrometeorologiya Mərkəzinin məlumatına görə, şəhərdə qarın qalınlığı 170 sm, bəzi ərazilərdə isə 2,5 metrdən çox olub.