Icma.az
close
up
RU
Rusiyadan sonra növbə Azərbaycana çatır? KONKRET

Rusiyadan sonra növbə Azərbaycana çatır? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər dünyada Kamçatkadan paylaşılan görüntülər ətrafında geniş müzakirələr gedir. Belə ki, kadrlarda qarın binaların yeddi-səkkizinci mərtəbəsinə qədər qalxdığı aydın görünür. Lakin həmin görüntülərin Süni İntellekt (Aİ) vasitəsilə hazırlandığı, yoxsa gerçək olduğu müəmma olaraq qalıb. Digər tərəfdən, Rusiya media orqanlarında yayılan məlumata görə, hazırda Kamçatkada vəziyyət kritikdir və xilasaetmə işləri gedir. 

Qeyd edək ki, yanvarın 16-dan yağan qarın nəticələri ilə əlaqədar Petropavlovsk-Kamçatskidə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Yanvarın 19-da şəhərdə yenidən ictimai nəqliyyatın hərəkətində problemlər yaranıb. Məktəblilər iki gün ərzində distant təhsilə keçirilib. Regional Hidrometeorologiya Mərkəzinin məlumatına görə, şəhərdə qarın qalınlığı 170 sm, bəzi ərazilərdə isə 2,5 metrdən çox olub. Kamçatka Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin rəhbəri Vera Polyakova deyib ki, hazırda Kamçatkada hava şəraiti ekstremal kimi təsnif edilir və olduqca nadirdir. Bölgəyə sonuncu dəfə 1970-ci illərin əvvəllərində eyni miqdarda qar yağıb.

Kamçatkada baş verən təbii fəlakət anomaliya sayıla bilərmi? Azərbaycanı, ümumilikdə regionu bu cür hadisə gözləyirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, bu cür şaxtaların Azərbaycanda müşahidə olunması gözlənilmir:

“Bunun əsas səbəbi Kamçatka ilə Azərbaycanın yerləşdiyi coğrafi en dairələrinin kəskin şəkildə fərqlənməsidir. Hər iki ərazi Şimal yarımkürəsində yerləşsə də, Azərbaycan daha cənubda, tropiklərə yaxın zonada yerləşir və əsasən quru subtropik iqlim qurşağına daxildir. Müəyyən atmosfer prosesləri zamanı bəzi ərazilərimizdə, xüsusən də yüksək dağlıq zonalarda güclü şaxtalar, hətta -40 dərəcəyədək temperaturun enməsi mümkündür. Lakin bu cür hallar qısamüddətli olur və şiddəti Kamçatkada müşahidə edilən proseslərlə müqayisə edilə bilməz. Kamçatkada yayılan görüntülərin Azərbaycanda təkrarlanma ehtimalı, demək olar, yoxdur”.

Ekoloq bildirib ki, bu cür ekstremal şaxtaların Azərbaycanda şəhər, kənd təsərrüfatına, əhalinin rifahına və həyat tərzinə ciddi təsir göstərəcəyini düşünmək üçün əsas yoxdur:

“Belə proqnozlar reallıqdan uzaqdır. Qış aylarında, xüsusən yanvar və fevralda Azərbaycanda havanın nisbətən soyuq keçməsi normaldır. Keçmişdə də buna bənzər hallar müşahidə olunub. Məsələn, 2012-ci ildə güclü şaxtalar nəticəsində Xəzər dənizinin sahilboyu əraziləri, o cümlədən Bakı və Sumqayıt sahilləri donmuşdu. Gələcəkdə də temperaturun -10, -12 dərəcəyədək enməsi mümkündür, lakin bu göstəricilər Kamçatkadakı iqlim şəraiti ilə müqayisə oluna bilməz. Orada bu cür sərt hava şəraitinin yaz aylarınadək davam etməsi mümkündür. Azərbaycanda isə belə uzunmüddətli və kəskin şaxtalarla bağlı bədbin proqnozlar mövcud deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Yanvar 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri