Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 dekabr, AZƏRTAC Gözəl Bakı şəhəri yenidən ciddi siyasi parlament fəaliyyətinin mərkəzinə çevrilib.
Azərbaycan parlamentarizminin - 1918-ci ildə yaradılmış ilk demokratik Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş konfrans keçirilir.
Bu, müasir parlamentarilər nəsli üçün təkcə tarix deyil, həm də təcrübə öyrənmək və irəliləyişə nail olmaq üçün yaxşı kömək ola biləcək dərslər çıxarmaq imkanıdır.AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq konfransda iştirak edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov deyib.
Rusiyalı deputat qeyd edib: “Bu gün mən misal çəkdim ki, hələ o vaxt Azərbaycanın ilk parlamenti ümumi seçki hüququ haqqında qərar qəbul etmişdi.
Bu, o deməkdir ki, seçmək və seçilmək hüququ qadınlara da şamil edilib.
Amerika Birləşmiş Ştatlarında bu, iki ildən sonra, İsveçrədə isə yalnız 1971-ci ildə baş verib”.Onun sözlərinə görə, Azərbaycanda milli azlıqların maraqlarının nəzərə alınması ilə bağlı diqqətəlayiq təcrübə var.
“İlk parlamentdə Azərbaycanda yaşayan bir çox millətlərin nümayəndələri var idi.