Icma.az
close
up
RU
Rusiyalı deputat: Bakı növbəti dəfə ciddi siyasi parlament fəaliyyətinin mərkəzinə çevrilib AZƏRTAC

Rusiyalı deputat: Bakı növbəti dəfə ciddi siyasi parlament fəaliyyətinin mərkəzinə çevrilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 dekabr, AZƏRTAC

Gözəl Bakı şəhəri yenidən ciddi siyasi parlament fəaliyyətinin mərkəzinə çevrilib. Azərbaycan parlamentarizminin - 1918-ci ildə yaradılmış ilk demokratik Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş konfrans keçirilir. Bu, müasir parlamentarilər nəsli üçün təkcə tarix deyil, həm də təcrübə öyrənmək və irəliləyişə nail olmaq üçün yaxşı kömək ola biləcək dərslər çıxarmaq imkanıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq konfransda iştirak edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov deyib.

Rusiyalı deputat qeyd edib: “Bu gün mən misal çəkdim ki, hələ o vaxt Azərbaycanın ilk parlamenti ümumi seçki hüququ haqqında qərar qəbul etmişdi. Bu, o deməkdir ki, seçmək və seçilmək hüququ qadınlara da şamil edilib. Amerika Birləşmiş Ştatlarında bu, iki ildən sonra, İsveçrədə isə yalnız 1971-ci ildə baş verib”.

Onun sözlərinə görə, Azərbaycanda milli azlıqların maraqlarının nəzərə alınması ilə bağlı diqqətəlayiq təcrübə var. “İlk parlamentdə Azərbaycanda yaşayan bir çox millətlərin nümayəndələri var idi. Bu gün bu, həm də Dağıstan təmsilçisi kimi mənim üçün çox aktual bir məsələdir. Bu, müəyyən ərazilərdə yaşayan konkret ölkənin vətəndaşlarının milli maraqlarının tarazlığını nəzərə almaq üçün uzun illər qarşıda duran vəzifədir. Bu amil dini və milli mənsubiyyət, həmçinin yaş baxımından fərqlənən, çoxsaylı əhalisi olan böyük Rusiya üçün də çox vacibdir”, - deyə İlyas Umaxanov bildirib.

Rusiyalı parlamentari milli tarixi bilməyi, ilk parlamentin, demokratik respublikanın yaradılmasının başlanğıcında dayananların xatirəsinə ehtiramla yanaşmağı ölkənin inkişafı üçün ən mühüm amil adlandırıb: “Sözsüz ki, bu insanlar onların şəxsiyyətləri və Azərbaycan xalqı qarşısında xidmətlərinin ehtiramla yad edilməsinə layiqdirlər”.

İ.Umaxanov qeyd edib ki, bugünkü konfrans həmin vəzifəni - görkəmli şəxsiyyətlərin xatirəsinə ehtiramı və onların gördükləri bütün işlərin Azərbaycan xalqına və parlamentə fayda verəcəyini başa düşməyi çox dəqiq şəkildə əks etdirir. Tədbir parlamentarizmi inkişaf etdirəcək və yeni vəzifələri həyata keçirəcək ki, Azərbaycan və onun xalqı daha çox tərəqqiyə nail olsun, burada həmişə firavanlıq, əmin-amanlıq hökm sürsün”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri