Rusiyalı dünya çempionu dopinqə görə diskvalifikasiya edildi

24.01.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiyalı sərbəst güləşçi Ramazan Baqavudinov dopinqə görə 4 il müddətinə diskvalifikasiya olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyi məlumat yayıb.
Mənbə bildirir ki, bu barədə qərarı yanvarın 22-də İdman Arbitrajı üzrə Milli Mərkəz verib.
Baqavudinovun diskvalifikasiya müddətinin geri sayımı 27 sentyabr 2023-cü ildə başlayıb. O vaxt idmançının nümunəsində qadağan olunmuş SARMS S-23 maddəsi aşkar edilib.
Qeyd edək ki, 23 yaşlı Baqavudinov 2021-ci ildə Rusiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında 57 kq çəki dərəcəsində qızıl medal qazanıb.
 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью