Rusiyalı dünya çempionu dopinqə görə diskvalifikasiya edildi
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyalı sərbəst güləşçi Ramazan Baqavudinov dopinqə görə 4 il müddətinə diskvalifikasiya olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyi məlumat yayıb.
Mənbə bildirir ki, bu barədə qərarı yanvarın 22-də İdman Arbitrajı üzrə Milli Mərkəz verib.
Baqavudinovun diskvalifikasiya müddətinin geri sayımı 27 sentyabr 2023-cü ildə başlayıb. O vaxt idmançının nümunəsində qadağan olunmuş SARMS S-23 maddəsi aşkar edilib.
Qeyd edək ki, 23 yaşlı Baqavudinov 2021-ci ildə Rusiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında 57 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Baxış sayı:163
Bu xəbər 24 Yanvar 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















