Rusiyalı idmançıya Azərbaycanı təmsil etmək izni verilmədi

15.07.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Şurası rusiyalı fiqurlu konkisürən Veronika Jilinaya Azərbaycan idman vətəndaşlığı verməkdən imtina edib. 

​​​​​​"Cebheinfo.az" bu barədə TASS agentliyinə istinadən xəbər verir. İkiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun yetirməsi olan 17 yaşlı Jilina səhhətindəki problemlərə görə son iki mövsümdə demək olar ki, çıxış etməyib. Rusiya Fiqurlu Konkisürmə Federasiyasının (RFSFKR) rəhbəri Anton Sixarulidze may ayında Jilinanın Rusiya yığmasının üzvü olduğu üçün “heç bir ölkəyə köçə bilməyəcəyini” söyləyib.  Jilina sonradan Azərbaycan pasportu aldığını bildirib. İdmançı qeyd edib ki, Azərbaycanı təmsil etməkdən xoşbəxt olacaq, Rusiya millisinin üzvü deyil və transfer üçün icazə gözləyir.  Jilina yeniyetmələr arasında Rusiya çempionatının gümüş mükafatçısıdır (2023) və yeniyetmələr arasında Rusiya Qran Prisinin finalının (2023) qalibidir.

​​​​​​"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью