Rusiyalı idmançıya Azərbaycanı təmsil etmək izni verilmədi
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Şurası rusiyalı fiqurlu konkisürən Veronika Jilinaya Azərbaycan idman vətəndaşlığı verməkdən imtina edib.
"Cebheinfo.az" bu barədə TASS agentliyinə istinadən xəbər verir. İkiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun yetirməsi olan 17 yaşlı Jilina səhhətindəki problemlərə görə son iki mövsümdə demək olar ki, çıxış etməyib. Rusiya Fiqurlu Konkisürmə Federasiyasının (RFSFKR) rəhbəri Anton Sixarulidze may ayında Jilinanın Rusiya yığmasının üzvü olduğu üçün “heç bir ölkəyə köçə bilməyəcəyini” söyləyib. Jilina sonradan Azərbaycan pasportu aldığını bildirib. İdmançı qeyd edib ki, Azərbaycanı təmsil etməkdən xoşbəxt olacaq, Rusiya millisinin üzvü deyil və transfer üçün icazə gözləyir. Jilina yeniyetmələr arasında Rusiya çempionatının gümüş mükafatçısıdır (2023) və yeniyetmələr arasında Rusiya Qran Prisinin finalının (2023) qalibidir.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















