Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı (Aİ) liderləri oktyabrın 23-də Avropa Komissiyasına Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kredit verilməsi üçün hüquqi mexanizm hazırlamağı tapşıracaqlar.
Söhbət 176 milyard avro (təxminən 204 milyard dollar) dəyərində olan vəsaitdən gedir.
Bu addım Kiyevin növbəti üç il ərzində əsas maliyyə ehtiyaclarını qarşılamasına imkan verəcək.
Avropa diplomatlarının sözlərinə görə, plan ilin sonunadək yekun razılaşmaya çıxarıla bilər.
ABŞ-nin Ukraynaya əvvəlki səviyyədə maliyyə dəstəyi göstərmədiyi bir vaxtda bu mexanizm Kiyevin büdcə kəsirini kompensasiya etmək məqsədi daşıyır.Yeni plan Rusiyanın aktivlərinin birbaşa müsadirəsini nəzərdə tutmur.
Əsas ideya bu aktivlərin Avropa Komissiyasının buraxacağı istiqrazlarla əvəzlənməsidir.
İstiqrazlar Aİ üzv ölkələri, G7 dövlətləri və digər tərəfdaşlar tərəfindən təmin ediləcək.