Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Rusiyanın 204 milyard dolları Ukraynaya verilir Aİ kredit mexanizmi hazırlayıb

Rusiyanın 204 milyard dolları Ukraynaya verilir Aİ kredit mexanizmi hazırlayıb

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı (Aİ) liderləri oktyabrın 23-də Avropa Komissiyasına Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kredit verilməsi üçün hüquqi mexanizm hazırlamağı tapşıracaqlar. Söhbət 176 milyard avro (təxminən 204 milyard dollar) dəyərində olan vəsaitdən gedir. 

Bu addım Kiyevin növbəti üç il ərzində əsas maliyyə ehtiyaclarını qarşılamasına imkan verəcək. Avropa diplomatlarının sözlərinə görə, plan ilin sonunadək yekun razılaşmaya çıxarıla bilər. ABŞ-nin Ukraynaya əvvəlki səviyyədə maliyyə dəstəyi göstərmədiyi bir vaxtda bu mexanizm Kiyevin büdcə kəsirini kompensasiya etmək məqsədi daşıyır.

Yeni plan Rusiyanın aktivlərinin birbaşa müsadirəsini nəzərdə tutmur. Əsas ideya bu aktivlərin Avropa Komissiyasının buraxacağı istiqrazlarla əvəzlənməsidir. İstiqrazlar Aİ üzv ölkələri, G7 dövlətləri və digər tərəfdaşlar tərəfindən təmin ediləcək. Ukraynaya veriləcək vəsait “reparasiya krediti” adlandırılacaq və Kiyev bu pulu yalnız Rusiya müharibə təzminatlarını ödədikdən sonra geri qaytarmalı olacaq.

Kreditin 2026–2028-ci illəri əhatə edəcəyi planlaşdırılır. Lakin razılaşmanın tam qüvvəyə minməsi üçün hələ üç əsas məsələ həllini tapmalıdır:

“Euroclear”in yerləşdiyi Belçikanın qaldırdığı hüquqi suallar;

Ukraynanın bu vəsaiti necə xərcləyəcəyi barədə Fransa ilə mübahisə;

Layihəyə kimlərin, hansı şərtlərlə qoşulacağına dair texniki məsələlər.

Belçika ehtiyat edir ki, Çin kimi bəzi qeyri-Aİ ölkələr aktivlərin müsadirə ediləcəyindən ehtiyatlanaraq öz suveren sərvətlərini “Euroclear”dən geri çəkə bilərlər. Avropa Mərkəzi Bankı (ECB) da bu risklə bağlı xəbərdarlıq edib.

Bununla belə, Avropa Komissiyası bildirir ki, bu addım aktivlərin müsadirəsi kimi qiymətləndirilə bilməz — əsas məbləğ toxunulmaz qalacaq, tədbir isə birdəfəlik və müvəqqəti xarakter daşıyır.

Belçika həmçinin narahatdır ki, əgər Rusiya beynəlxalq məhkəmədə iddia qaldırıb qalib gəlsə, yaranacaq zərəri Brüssel özü ödəməli ola bilər. Lakin Komissiya bu narahatlığı da rədd edərək qeyd edib ki, Rusiyanın məhkəmə qərarları Aİ məkanında icra edilə bilməz.

Fransa kreditin əsas hissəsinin Ukraynanın müdafiə sənayesinə və Avropanın müdafiə layihələrinə yönəldilməsini tələb edir. Digər ölkələr isə daha çevik yanaşma tərəfdarıdır.

Avropa Komissiyası kompromis təklif irəli sürüb: vəsaitin bir hissəsi Ukraynanın müdafiə texnoloji və sənaye bazasının inkişafına, Avropa müdafiə sənayesinə inteqrasiyasına, o cümlədən silah alınmasına sərf olunacaq, digər hissəsi isə Kiyevin büdcəsinə birbaşa dəstək kimi ayrılacaq.

Hazırda əsas sual budur ki, Aİ-nin 27 üzvü bu planı tam dəstəkləyəcəkmi? Rəsmi təsdiq üçün yekdillik tələb olunmasa da, razılığın geniş olması risklərin paylaşılmasına imkan verəcək.

Brüssel həmçinin G7 ölkələrinin də layihədə iştirakı üzərində işləyir. Çünki Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri təkcə Avropada deyil, Britaniya və Yaponiyada da saxlanılır.

Aİ rəsmiləri hesab edir ki, əgər Macarıstan və Slovakiya kimi bəzi ölkələr planı dəstəkləməsə, zəngin qeyri-Aİ dövlətlər bu boşluğu doldura bilər.

Yeni mexanizm həm Ukraynanın maliyyə sabitliyini qorumaq, həm də Rusiyanın dondurulmuş vəsaitlərini Qərb nəzarətində saxlamaq məqsədi daşıyır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Oktyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri